Tenqri
Ana Səhifə
Dünya

Müğənnilərin fantastik toy qiymətləri - Siyahı

Azərbaycanda toylar şou-biznes nümayəndələrinin ən böyük qazanc mənbələrindən biri sayılır. Xüsusilə məşhur müğənnilərin iştirak etdiyi məclislər həm dəbdəbəsi, həm də yüksək qonorarları ilə diqqət çəkir. Son illər sənətçilərin toy qiymətləri ətrafında aparılan müzakirələr xeyli artıb. Bir çox halla

0 baxışpublika.az
Müğənnilərin fantastik toy qiymətləri - Siyahı
Paylaş:

Azərbaycanda toylar şou-biznes nümayəndələrinin ən böyük qazanc mənbələrindən biri sayılır. Xüsusilə məşhur müğənnilərin iştirak etdiyi məclislər həm dəbdəbəsi, həm də yüksək qonorarları ilə diqqət çəkir. Son illər sənətçilərin toy qiymətləri ətrafında aparılan müzakirələr xeyli artıb. Bir çox hallarda yarım saatlıq çıxış üçün tələb olunan məbləğ adi vətəndaşların aylıq gəlirini dəfələrlə üstələyir Bəs Azərbaycanın tanınmış müğənniləri bir toy məclisində iştirak etmək üçün nə qədər qonorar alırlar? Yarım saatlıq proqramla bütöv toyun qiyməti arasında hansı fərq var? Ən bahalı sənətçilər kimlərdir və onların tələb etdiyi məbləğlər hansı səbəblərdən dəyişir? Publika.az xəbər verir ki, “Yeni Sabah” Azərbaycanın şou-biznes nümayəndələrinin toylara hansı məbləğə getmələri ilə bağlı araşdırma aparıb Araşdırmanın nəticələrini təqdim edirik: 1. Xalq artisti Faiq Ağayev toylarda yalnız yarım saatlıq çıxış edir. O, bütöv və 1 saatlıq toy məclislərinə qatılmır. İfaçının toyda yarım saat çıxış etməsinin qiyməti 10 min manatdır 2. Günay İbrahimli toylarda yarım saat iştirak etmək üçün 6 min manat qonarar tələb edir. Bütöv toyu idarə etmək isə səs sistemi, ansambl, vokalist daxil 15 min manatdır 3. Murad Arif yarım saatlıq çıxış üçün 4 min manat tələb edir. Bütöv toyun qiyməti isə 14 min manatdır 4. Xəyyam Nisanov Bakıda olan toy məclislərində yarım saat üçün 5 min manat qonarar tələb edir. Bütöv toyun qiyməti isə 15 min manatdır 5. Əməkdar artist Abbas Bağırov toy məclislərində yarım saatlıq çıxış üçün 6 min, bütöv toyu aparmaq üçün isə 18 min manat tələb edir 6. Əməkdar artist Ədalət Şükürov yarım saatlıq çıxış üçün 4 min manat, 1 saatlıq ifa üçün isə 6 min manat gəlir əldə edir. İfaçı bütöv toy məclislərində iştirak etmir 7. Müğənni Manaf Ağayev bütöv toy məclisində çıxış üçün 3.500 manat qonarar tələb edir. O, məclisə öz ansambılı ilə qatılır və bir nəfər də xanım ifaçı gətirir 8. Xalq artisti Tünzalə Ağayeva toy məclislərində yarım saatlıq və 45 dəqiqəlik çıxış edir. O, yarım saat üçün 6500, 45 dəqiqəlik ifa üçün isə 10 min manat vəsait tələb edir 9. Əməkdar artist Manana Caparidze isə Bakıda toy məclislərində yarım saatlıq çıxış üçün 5 min, 1 saatlıq çıxış üçün isə 7 min manat vəsait tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir 10. Xatirə İslam yarım saatlıq ifa üçün 5 min, bütöv toy məclisi üçün isə ansamblla birlikdə 12 min, ansambılsız isə 8 min manat vəsait tələb edir 11. Kəmalə Günəşli 1 saatlıq məclis üçün 2 min, bütöv toy üçün ansamblla 5000, ansambılsız isə 3500 manat qazanc əldə edir 12. Xuraman Şuşalı toy məclislərində yarım saatlıq ifa üçün 1500, 1 saat üçün 2 min, bütün məclis üçün isə 4 min manat tələb edir. Əgər bütöv məclisdə musiqiçiləri ilə birlikdə çıxış edəcəksə, onda qiymət 6 min manat olur 13. Xalq artisti Brilyant Dadaşova yarım saatlıq çıxış etdiyi məclisdən 8 min, bütöv toy idarə etmək üçün isə 15 min manat qazanc əldə edir 14. Xalq artisti Zülfiyyə Xanbabayeva isə toy məclislərində yalnız yarım saatlıq iştirak edir. Sənətçi bu çıxışı üçün 7 min manat qonarar tələb edir 15. Xalq artisti Eyyub Yaqubov da bütöv toy məclislərində iştirak etmir. Yarım saatlıq çıxış üçün isə 4 min manat qazanc əldə edir 16. Elit Star ləqəbi ilə tanınan Cəmilə Bayramova məclislərdə yalnız yarım saatlıq çıxış edir. O, bu ifa üçün 500 manat alır 17. Əməkdar artist Könül Kərimova toy məclislərində yarım saatlıq ifa üçün 3 min, 1 saat üçün 4 min, toy məclisində tam iştirak üçün isə 10 min manat vəsait tələb edir 18. Əməkdar artist Elnarə Abdullayeva yarım saatlıq çıxış üçün 4 min, toyu tək idarə etmək üçün 7 min, ansamblla çıxış üçün isə 12 min qonarar alır Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki Aygün Kazımovanın yeni paylaşımı müzakirə yaratdı - VİDEO Rəqsanənin əri ilə görüntüsü diqqət çəkdi - VİDEO Orxan Lökbatanlının sözlərinə görə göz yaşı tökdü - VİDEO Tünzalə Ağayeva yeni layihəsinin anonsunu verdi - VİDEO "Mənim yaşda qadının təbii gözəlliyinə ÖYRƏŞMƏMİSİNİZ" - VİDEO Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq

Kaynak: publika.az

Diğer Haberler