Tenqri
Ana Səhifə
Dünya

MM Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair illik məlumatını qəbul edib - YENİLƏNİB

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib "Report" xəbər verir ki, məlumata əsasən, 2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub Onlardan 33-ü Türk

0 baxışreport.az
MM Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair illik məlumatını qəbul edib - YENİLƏNİB
Paylaş:

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib "Report" xəbər verir ki, məlumata əsasən, 2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub Onlardan 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb Hesabatda qeyd edilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub İllik məlumata əsasən, ötən il ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb Sənəddə vurğulanıb ki, hesabat dövründə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkumlardan 4-ü kişi, 10-u qadındır Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir Milli Koordinatorun məlumatına görə, 2025-ci ildə şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib. Həmin uşaqlara məhkəmə qərarları əsasında doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Əhalisinin Dövlət Reyestrinə daxil edilib Bundan başqa, ötən il bir nəfər Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda istismar edildiyi aşkarlanıb. İxtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur "Report" xəbər verir ki, hesabatı daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov təqdim edir Xatırladaq ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler