"Müəllimlik missiyası yenidən formalaşır" Təhsil eksperti
"Müəllim məktəbdə keyfiyyətli dərs deyəndə, onun əlavə məşğələyə ehtiyacı qalmır. Amma məktəbdə zəif, evdə güclü dərs deyirsə, burada maaş yox, vicdan problemi yaranır" Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ona görə də növbəti mərhələdə iki vacib islahat paralel gedir - maaşların artır

"Müəllim məktəbdə keyfiyyətli dərs deyəndə, onun əlavə məşğələyə ehtiyacı qalmır. Amma məktəbdə zəif, evdə güclü dərs deyirsə, burada maaş yox, vicdan problemi yaranır" Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ona görə də növbəti mərhələdə iki vacib islahat paralel gedir - maaşların artırılması ilə müəllimin iqtisadi rahatlığı. Yeni modelin tətbiqi ilə peşəkar etik standartların yüksəldilməsi Bu hər ikisi birlikdə baş verəndə repetitorluğun sistemə zərər vuran formaları tədricən sıradan çıxacaq. Qalan hissə isə normal dünya təcrübəsidi. Seçim xarakterli, əlavə inkişaf yönümlü və məktəbin alternativi yox, dəstəyi olacaq şəkildə. Azərbaycan təhsili hazırda məhz bu dönüş nöqtəsindədir: həm sosial təminat yüksəlir, həm də müəllimlik missiyası yenidən formalaşır"


