Tenqri
Ana Səhifə
Dünya

Mülkiyyət hüququnun təminatı qayıdışı tamamlayan ən mühüm hüquqi və sosial amillərdəndir ŞƏRH

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsinin plenar iclasa tövsiyə olunması Böyük Qayıdış prosesinin hüquqi təminatının daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır. Çünki qanun layihəsi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında dayanıqlı məskunlaş

0 baxışazertag.az
Mülkiyyət hüququnun təminatı qayıdışı tamamlayan ən mühüm hüquqi və sosial amillərdəndir ŞƏRH
Paylaş:

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsinin plenar iclasa tövsiyə olunması Böyük Qayıdış prosesinin hüquqi təminatının daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır. Çünki qanun layihəsi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarını təkmilləşdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların statusunu, onların sosial müdafiə mexanizmlərini və dövlət dəstəyinin davamlılığını daha aydın şəkildə tənzimləyir Bu fikirləri AZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib Onun sözlərinə görə, sənədin əsas üstünlüklərindən biri uzun illər məcburi köçkünlük həyatı yaşamış insanların müvəqqəti məskunlaşma mərhələsindən çıxaraq daimi yaşayış və sabit həyat şəraitinə keçidini dəstəkləyən hüquqi mexanizmlərin formalaşdırılmasıdır. Yeni yanaşma məcburi köçkünlərin yalnız yaşayış yeri ilə təmin olunmasını deyil, həm də həmin yaşayış sahələri üzərində mülkiyyət hüququ əldə etmələrini nəzərdə tutur “Qanun layihəsi dövlətin keçmiş məcburi köçkünlərə münasibətdə həyata keçirdiyi sosial siyasətin yeni mərhələsini əks etdirir. Mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlı şəkildə qorunması Böyük Qayıdış proqramının strateji məqsədlərinə uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda həyatın bərpasına mühüm töhfə verəcək. Çünki mülkiyyət hüququnun təminatı qayıdışı tamamlayan ən mühüm hüquqi və sosial təminatlardan biridir. İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlar bu hüquqi tənzimləmə nəticəsində öz evlərinin tamhüquqlu sahibi kimi formalaşacaq, bu isə həm sosial rifahın yüksəldilməsinə, həm də bölgələrdə dayanıqlı məskunlaşmanın sürətlənməsinə xidmət edəcək. Ona görə də bu qanun layihəsi yalnız hüquqi sənəd deyil, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təhlükəsiz, ləyaqətli və davamlı yaşayışının təmin edilməsinə xidmət edəcək”, - deyə Xatirə Vəliyeva əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler