Tenqri
Ana Səhifə
Dünya

Mülkiyyət hüququnun təmin edilməsi Böyük Qayıdışın dayanıqlığını gücləndirəcək ŞƏRH

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsi təkcə hüquqi xarakter daşıyan dəyişiklik deyil, eyni zamanda, postmünaqişə dövrünün ən mühüm sosial-iqtisadi transformasiya addımlarından biri kimi qiymətləndirilməlidir. Bu yanaşma uzun illər müvəqqəti məskunlaşma şərai

0 baxışazertag.az
Mülkiyyət hüququnun təmin edilməsi Böyük Qayıdışın dayanıqlığını gücləndirəcək ŞƏRH
Paylaş:

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsi təkcə hüquqi xarakter daşıyan dəyişiklik deyil, eyni zamanda, postmünaqişə dövrünün ən mühüm sosial-iqtisadi transformasiya addımlarından biri kimi qiymətləndirilməlidir. Bu yanaşma uzun illər müvəqqəti məskunlaşma şəraitində yaşamış insanların statusunun dəyişdirilərək onların yenidən daimi yaşayış modelinə daxil edilməsini hədəfləyir Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib Onun sözlərinə görə, mülkiyyət hüququnun qanunla dəqiqləşdirilməsi və təmin olunması məcburi köçkünlərin psixoloji və sosial adaptasiyası baxımından xüsusi əhəmiyyət daşıyır: “Mülkiyyət hüququnun tanınması vətəndaşlarda geri dönüşün müvəqqəti deyil, daimi proses olduğu anlayışını gücləndirir. Bu isə insanları yeni salınmış şəhər və kəndlərdə daha uzunmüddətli planlar qurmağa təşviq edir və nəticədə qayıdış prosesinin dayanıqlığını artırır. Qanun layihəsinin mühüm təsirlərindən biri də iqtisadi aktivliyin genişlənməsi ilə bağlıdır. Mülkiyyət hüququnun rəsmiləşdirilməsi ev təsərrüfatlarının investisiya davranışına birbaşa təsir göstərir. İnsanlar yaşadıqları ev və torpaq üzərində hüquqlarını daha güclü hiss etdikcə həmin ərazilərə şəxsi investisiyalar yatırmağa, kiçik biznes qurmağa və kənd təsərrüfatı fəaliyyətlərini genişləndirməyə daha çox maraq göstərirlər. Bu isə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın canlanmasına və özəl sektorun inkişafına əlavə stimul verir” Siyasi şərhçi diqqətə çatdırıb ki, mülkiyyət hüququnun təmin edilməsi sosial sabitliyin və icma formalaşmasının güclənməsinə də xidmət edir “Mülkiyyət hüququ olan ərazilərdə insanlar daha dayanıqlı sosial əlaqələr qurur, təhsil, səhiyyə və yerli idarəetmə strukturlarına daha fəal inteqrasiya olunur. Bu, yalnız ayrı-ayrı fərdlərin deyil, bütöv icmaların formalaşmasını sürətləndirir və bölgədə demoqrafik balansın bərpasına töhfə verir. Beləliklə, Böyük Qayıdış prosesi təkcə fiziki köç deyil, həm də sosial strukturun yenidən qurulması prosesinə çevrilir. Hüquqi təminat investisiya mühitinə də müsbət təsir göstərən vacib amillərdən biridir. Dövlət və özəl sektor üçün mülkiyyət hüquqlarının aydın şəkildə müəyyənləşdirilməsi riskləri azaldır və infrastruktur, kənd təsərrüfatı, turizm və digər sahələrə daha çox kapitalın cəlb edilməsinə şərait yaradır. Bu isə regionun ümumi inkişaf modelinin sürətlənməsinə xidmət edir”, - deyə Rəşad Bayramov bildirib O vurğulayıb ki, prosesin uğuru yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır: “Əsas şərtlərdən biri infrastrukturun davamlı şəkildə inkişaf etdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və məşğulluq imkanlarının genişləndirilməsidir. Bu komponentlər paralel şəkildə inkişaf etdirildiyi halda mülkiyyət hüququ sadəcə hüquqi norma olaraq qalmayacaq, real məskunlaşma davranışına çevriləcək. Mülkiyyət hüququnun təmin olunmasına dair qanun layihəsi Böyük Qayıdış Proqramının həm hüquqi, həm də strateji baxımdan mühüm mərhələlərindən biridir. Bu layihə məcburi köçkünlərin daimi məskunlaşmasını təşviq etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı, iqtisadi cəhətdən fəal və sosial baxımdan sabit yaşayış mühitinin formalaşmasına real töhfə verəcək”, - deyə şərhçi bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler