Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 12-də Şəmkir şəhərində Şəmkir Gənclər Evinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev pro

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 12-də Şəmkir şəhərində Şəmkir Gənclər Evinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər Qəbula gəlmək istəyənlər elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 11 saylı Şəmkir Ərazi İdarəsinə (telefonlar: , və ya elektron poçt ünvanı: ) iyunun 11-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


