Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır
Mikayıl Müşfiqin adını daşıyan məktəbdə onun xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məktəbin dəhlizlərində Müşfiqin izləri, onun ruhu yaşayır AZƏRTAC xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə bildirib. O qeyd e

Mikayıl Müşfiqin adını daşıyan məktəbdə onun xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məktəbin dəhlizlərində Müşfiqin izləri, onun ruhu yaşayır AZƏRTAC xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə bildirib. O qeyd edib ki, Mikayıl Müşfiq Azərbaycanın azadlığı, müstəqilliyi və milli dəyərləri uğrunda mübarizə aparan, bu yolda həyatını qurban verən görkəmli şəxsiyyətlərdən biridir. Müşfiqin bir vaxtlar dərs dediyi məktəbdə belə tədbirlərin təşkili gənc nəslin maarifləndirilməsi baxımından mühüm rol oynayır “Məktəblilər, bizim gələcəyimiz olan gənclər Mikayıl Müşfiqin şəxsiyyətini, yaradıcılığını, Azərbaycan ədəbiyyatındakı və ümumilikdə milli mədəniyyət tariximizdəki yerini bilməli və tanımalıdırlar. Eyni zamanda, Əhməd Cavad, Hüseyn Cavid, Süleyman Rüstəm və digər klassiklərimizin irsi də gənclərə daha geniş şəkildə təqdim olunmalıdır. Bu əsərlər gənc nəslin estetik zövqünün və mədəni dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir”, – deyə Q.Əsgərzadə bildirib O qeyd edib ki, məktəb illərindən Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül”, “Yağış” kimi əsərləri ilə tanış olub və onun poeziyası ilə böyüyüb: “Mikayıl Müşfiq yaddaşımızda lirik-romantik şair, məhəbbət və nəğməkar şair, eyni zamanda, uşaqların sevimli söz ustası kimi yaşayır” Q.Əsgərzadə Müşfiqin yaradıcılığının təbliği istiqamətində uzun illər fəaliyyət göstərdiyini, hər il şairin doğum və anım günlərində tədbirlər təşkil etdiyini bildirib. Sonda o, tədbirin təşkilatçılarına təşəkkür edərək, cəmiyyətin klassik ədiblərin irsinə daim ehtiramla yanaşmasının vacibliyini vurğulayıb “Mikayıl Müşfiq kimi böyük söz ustalarının xatirəsini yaşatmaq və yaradıcılığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur”, – deyə Q.Əsgərzadə qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


