Tenqri
Ana Səhifə
Dünya

Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) əməkdar jurnalist, “Ədalət” qəzetinin şöbə müdiri Faiq Qismətoğlunun (Hüseynov Faiq Qismət oğlu) 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, 1979-cu ildə Bakı Dövlət

0 baxış525.az
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi
Paylaş:

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) əməkdar jurnalist, “Ədalət” qəzetinin şöbə müdiri Faiq Qismətoğlunun (Hüseynov Faiq Qismət oğlu) 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirmiş F.Qismətoğlu həyatını doğma peşəsinə bağlayıb, təxminən, 10 ilə yaxın müddətdə Bakı Radio Zavodunun çoxtirajlı “İmpuls” qəzetində çalışıb, 1990-cı ildən indiyədək “Ədalət” qəzetində şöbə müdiridir. MŞ sədri, eyni zamanda, deyib ki, yubilyar ötən müddətdə yüksək bacarığı və istedadı ilə fərqlənib, “Ədalət”də müxtəlif janrlı minlərlə məqalə qələmə alıb, Birinci və İkinci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı materiallar hazırlayıb R.Məcid onu da bildirib ki, F.Qismətoğlu jurnalistikaya sədaqətli xidmətin nümunəsidir. Bu fikri toplantıda çıxış edənlərdən yazıçı-publisist Vaqif Bəhmənli, veteran jurnalist, müstəqillik dövrü Azərbaycan mətbuatında öz dəst-xətti ilə tanınan “7 gün” qəzetinin baş redaktoru olmuş Emin Eminbəyli, politoloq və jurnalist Elşad Həsənov, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı, əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, jurnalist-publisist İqbal Əlisoy, jurnalistlər Zaur Vəliyev və Asif Talıboğlu, F.Qismətoğlunun yaxın dostları Kamran Əhmədov, Nizami Allahyarov və başqaları da dilə gətirərək vurğulayıblar ki, yubilyarın yaradıcılığında başlıca xarakterik cəhət mövzu zənginliyidir. Elə mövzular ki, hər zaman həyatdan götürülüb, oxuculara son dərəcə səlis və oxunaqlı şəkildə çatdırılıb. Bunun nəticəsində F.Qismətoğlu cəmiyyətdə yetkin qələm sahibi kimi tanınaraq populyarlaşıb. Çıxış edənlər, həmçinin, F.Qismətoğlunun son dərəcə incə publisistik duyuma malik olmasından söz açıb, bu cəhətin onun çoxsaylı yaradıcılıq nümunələrində özünü göstərdiyini deyib, yubiyarı səmimi və qayğıkeş həmkar, əsl dost kimi səciyyələndirən cəhətlərə diqqət çəkib, təbriklərini çatdırıblar. Qeyd edək ki, R.Məcid F.Qismətoğlunun Mətbuat Şurasının diplomu ilə təltif olunduğunu bildirib və diplomu ona təqdim edib. Sonda çıxış edən yubilyar xoş sözlərə, yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkürünü bildirib

Kaynak: 525.az

Diğer Haberler