Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq
Əbədiyaşar şairimiz Səməd Vurğun Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş böyük sənətkarlardandır. Onun zəngin ədəbi irsi və əsərləri yaşadıqca, Səməd Vurğunun adı da daim yaşayacaq Bunu AZƏRTAC- a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Əmək

Əbədiyaşar şairimiz Səməd Vurğun Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş böyük sənətkarlardandır. Onun zəngin ədəbi irsi və əsərləri yaşadıqca, Səməd Vurğunun adı da daim yaşayacaq Bunu AZƏRTAC- a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Əməkdar artist Elşən Rüstəmov deyib “Hər birimiz Səməd Vurğunun şeirlərini sevə-sevə oxuyur, bir çoxunu əzbərdən bilirik. Biz bir növ, dünyaya onun şeirlərinin gözü ilə baxmağı öyrənmişik. Tədbir çərçivəsində şairin müxtəlif mövzuları əhatə edən şeirlərini səsləndirdim. Proqram dramaturji baxımdan ayrı-ayrı bloklar şəklində qurulub. Vətən, təbiət, insanlıq və digər mövzulara həsr olunan əsərlər tematik şəkildə qruplaşdırılaraq tamaşaçılara ardıcıl və bütöv bir kompozisiya şəklində təqdim edilib”, - deyə Əməkdar artist əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


