Əməkdar artist 100 min dollarlıq qolbağı itirib
"İlk dəfə 1996 və ya 1998-ci ildə konsert verdim. Çox stress keçirdim. Stresdən elə şişmişdim ki, tanınmaz halda idim. Ondan sonra dedim ki, artıq konsert verməyəcəyəm" Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zarafat bir yana" verilişində deyib

"İlk dəfə 1996 və ya 1998-ci ildə konsert verdim. Çox stress keçirdim. Stresdən elə şişmişdim ki, tanınmaz halda idim. Ondan sonra dedim ki, artıq konsert verməyəcəyəm" Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zarafat bir yana" verilişində deyib. İfaçı uzun müddətdir konsert verməməsinə aydınlıq gətirib: "İlk konsertimdən bir gün əvvəl qohumum mənə reklam məqsədilə bahalı bir qolbaq verdi. Sonradan bildim ki, onun qiyməti təxminən 100 min dollar imiş. Konsertdən əvvəl bir də gördüm ki, qolumda yoxdur. Düşüb, amma xəbərim olmayıb. Ürəyimdə dedim ki, bu mənə lazım idi? Gənc müğənni idim. Fikirləşirdim ki, belə vəziyyətdə necə konsert verəcəyəm? O vaxt bu, çox böyük pul idi. Düşünürdüm ki, bunun pulunu necə ödəyəcəyəm. Oturub ağladım Artıq qohumlarım da bir-birinə deyirdilər ki, Mətanət bahalı qolbaq itirib. Konsertin ikinci hissəsində birdən gördüm ki, qolbağı göstərirlər və deyirlər ki, tapılıb. Kamança çalan qız tapıb vermişdi Ondan sonra stresdən yenə elə şişdim ki, tanınmaz halda oldum. Nəhayət, keçən il yenidən konsert verdim" Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO Mahsun Kırmızıgül Bakıda toyda oxudu - VİDEO Blogerin bacısı avtoqəzada həlak oldu - Fotolar Flora Kərimova ilə arxiv fotosunu paylaşdı Ağdamda çoban həmyerlisini güllələdi - Daha sonra özünə qəsd etdi Heydər Əliyevin Bakıya dəvəti: Azərbaycan daha ağır ssenaridən belə qurtuldu Ərdoğan Azərbaycanı təbrik etdi Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı Ərdoğandan ABŞ-İran razılaşmasına reaksiya: Onlara xəbərdarlıq etdi Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür


