"Miss Türkiyə" və "Muhteşem Yüzyıl"ın aktrisası narkotiklə bağlı saxlanılıb
İstanbul polisi narkomaniyaya qarşı növbəti reyd çərçivəsində gözəllik müsabiqəsinin qalibi və məşhur aktyorlar da daxil olmaqla 22 məşhuru saxlayıb. Bu barədə iyunun 11-də NTV telekanalı məlumat yayıb "İstanbul Polisinin Narkotiklərlə Mübarizə Şöbəsi 22 şübhəlini saxlayıb, barələrində həbs qətimka

İstanbul polisi narkomaniyaya qarşı növbəti reyd çərçivəsində gözəllik müsabiqəsinin qalibi və məşhur aktyorlar da daxil olmaqla 22 məşhuru saxlayıb. Bu barədə iyunun 11-də NTV telekanalı məlumat yayıb "İstanbul Polisinin Narkotiklərlə Mübarizə Şöbəsi 22 şübhəlini saxlayıb, barələrində həbs qətimkan tədbiri seçilib. Saxlanılanlar arasında teatr və kino aktyoru Enis Arıkan, sosial media ulduzu Kerimcan Durmaz, aktrisa Beren Saat və müğənni Kənan Doğulu da var", - nəşr yazır İstanbulun baş prokuroru Fatih Denməz bildirib ki, genişmiqyaslı istintaq çərçivəsində artıq ümumilikdə 250-dən çox adam saxlanılıb. Onun sözlərinə görə, test edilən türkiyəli məşhurların 77%-nin qadağan olunmuş maddələrdən istifadə testi müsbət çıxıb Türkiyədə mayın 21-də narkotiklərə qarşı növbəti reyd çərçivəsində “Zülal şərbəti” serialının aktrisası Feyza Civelek və müğənni Mabel Matiz saxlanılıb. 25 şübhəli barəsində həbs, axtarış, bioloji ekspertiza və dindirmə qərarı verilib


