"Misirlə Azərbaycan arasında münasibətlər çox qədim və möhkəmdir"
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 1999-cu ildən fəaliyyət göstərir. Mərkəz iki ölkə arasında mədəni, təhsil əlaqələrinin inkişafında xüsusi rol oynayır. Burda müxtəlif mədəni tədbirlərlə yanaşı, ərəb dili və danışıq kursları, ərəb xəttatlığı, rəsm və piano də

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 1999-cu ildən fəaliyyət göstərir. Mərkəz iki ölkə arasında mədəni, təhsil əlaqələrinin inkişafında xüsusi rol oynayır. Burda müxtəlif mədəni tədbirlərlə yanaşı, ərəb dili və danışıq kursları, ərəb xəttatlığı, rəsm və piano dərsləri təşkil olunur Mərkəzin direktoru Tariq Məhəmməd Əbul-Futuh "525-ci qəzet"ə müsahibəsində həm Azərbaycanla bağlı fikirlərini bölüşüb, həm də Mərkəzin bugünkü fəaliyyətindən, gələcək planlarından danışıb Siz vaxtilə Azərbaycanda təhsil almısınız. Həmin dövrlə indini müqayisə edəndə, nə kimi dəyişikliklər gördünüz? Mən təxminən 20 il əvvəl Bakıda - Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışam, neft-qaz sahəsi üzrə professoram. Bakıda əvvəl təxminən 5 il yaşamışam - 2006-cı ildən 2011-ci ilə qədər. Bu dövr mənim üçün çox dəyərli və unudulmazdır. Əvvəlcə rus dilini öyrəndim, daha sonra 3 il doktoranturada təhsil aldım. Ardınca bir il universitetdə elmi təcrübə keçdim, elmi araşdırmalar apardım, məqalələr yazdım və müxtəlif elmi işlərlə məşğul oldum. Bütün bunlar mənə çox xoş idi və bu gün də həmin dövrü böyük məmnuniyyətlə xatırlayıram. 20 ildən sonra Misir Mədəniyyət və Təhsil Mərkəzinin direktoru olaraq yenidən Bakıya qayıtmışam. Burada olmaqdan çox məmnunam Müqayisə edəndə görürəm ki, Bakı çox dəyişib. Şəhər daha da gözəlləşib, çoxlu yeni binalar, infrastruktur, parklar salınıb. Bulvar isə daha çox göz oxşayır. Bütün bunlar həqiqətən çox gözəldir Rəhbərlik etdiyiniz Mərkəzin hazırda əsas hədəfləri nədən ibarətdir? Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 1999-cu ildə açılıb. Bilirik ki, Misir ilə Azərbaycan arasında münasibətlər çox qədim və möhkəmdir. Mədəni və ictimai əlaqələrimiz də hər zaman güclü olub və bu dostluq daim davam edəcək. Bizim mədəniyyət mərkəzimiz bir çox istiqamətlərdə fəaliyyət göstərir. Məsələn, ərəb dili kursları təşkil olunur. Ərəb dilini öyrənmək istəyən hər kəs bu kurslara qoşula bilər. Bundan əlavə, rəssamlıqla məşğul olmaq, pianoda ifa etməyi öyrənmək istəyənlər üçün də kurslar var. Yəni mərkəzimizdə çoxsaylı imkanlar təqdim olunur Eyni zamanda, burada böyük kitabxana fəaliyyət göstərir. İstəyənlər ərəb, ingilis, Azərbaycan və fransız dillərində kitabları 2-3 həftəlik götürə, sonra geri qaytara bilərlər. Kitabxanamızda müxtəlif sahələr üzrə zəngin ədəbiyyat mövcuddur. Bu kitablar xüsusilə universitetlərdə təhsil alan tələbələr - bakalavr, magistr və doktorantura pilləsində oxuyanlar üçün çox faydalıdır Bundan əlavə, Mərkəzdə Misir dövlətinin xüsusi təhsil proqramı da mövcuddur. Bu proqram çərçivəsində hər il tələbələrə Misirdə pulsuz təhsil imkanı yaradılır. Proqram çərçivəsində ümumilikdə 15 nəfər Misirdə 10 ay müddətində pulsuz ərəb dili kursu keçə bilər, bir nəfər bakalavr, üç nəfər isə magistr və doktorantura üzrə Misirdə oxumaq şansı əldə edir. Həmçinin Misirin Ali Təhsil Nazirliyi nəzdində ərəb dili öyrənilməsi üçün xüsusi mərkəz fəaliyyət göstərir və tələbələr orada da təhsil ala bilərlər. Təhsil proqramını bitirdikdən sonra onlar 10 aylıq proqram üzrə diplom əldə edəcəklər. Ümumilikdə isə müxtəlif proqramlar üzrə təxminən 19 nəfər bu imkanlardan yararlana bilər Azərbaycanda bakalavr təhsilini bitirən və təhsilini davam etdirmək istəyən hər kəs magistratura və ya doktorantura səviyyəsində Misirdə oxuya bilər. Bunun üçün heç bir problem yoxdur Eyni zamanda, hazırda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan misirli tələbələr var. Mən buna görə Azərbaycan tərəfinə dərin təşəkkürümü bildirirəm. Bu tələbələr əsasən "Heydər Əliyev adına təqaüd" proqramı çərçivəsində təhsil alırlar. Misirli tələbələrin sayı təxminən 23-24 nəfərdir. Onlar müxtəlif ali təhsil müəssisələrində - Tibb Universitetində, Neft və Sənaye Universitetində, Dəniz Akademiyasında, Mühəndislik Universitetində və s. təhsil alırlar. Bakıda və Azərbaycanın müxtəlif yerlərində bu cür imkanların olması çox sevindiricidir. Misirli tələbələrin burada təhsil alması mənim üçün böyük qürur və sevinc mənbəyidir Bu proses dediyim kimi, qarşılıqlı şəkildə həyata keçirilir. Hazırda Misirdə bir azərbaycanlı tələbə Qahirə Universitetində kompüter elmləri fakültəsində bakalavr səviyyəsində pulsuz təhsil alır. Həmçinin Misirdə 6 nəfər 10 aylıq ərəb dili proqramı üzrə təhsil alır ki, onlardan da 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşıdır. Gələn il daha çox tələbənin bu imkanlardan yararlanacağını, bu proqramların daha da genişlənəcəyini gözləyirik Misir ali məktəblərində xarici tələbələrin hansı ixtisaslara marağı daha böyükdür? Bizim ən böyük və ən qədim universitetlərimizdən biri Qahirə Universitetidir. Bir çox xarici tələbə də ilk növbədə məhz Qahirə Universitetini seçir. Çünki bu universitet Misirdə mərkəzi və aparıcı ali təhsil ocaqlarından biridir. Universitet uzun illərdir fəaliyyət göstərir və dünya miqyasında tanınır. Burada çoxlu sayda xarici tələbə bakalavr, magistratura, aspirantura və doktorantura səviyyələrində təhsil alır. Hazırda Qahirə Universitetində Azərbaycan dili də tədris olunur. Dr. Seymur Nəsirov Qahirə Universitetində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir. Biz düşünmürük ki, hansısa bir fakültə digərlərindən daha üstündür. Əsas odur ki, tələbə hansı sahəni sevirsə, həmin sahə üzrə təhsil alsın. Məsələn, tibb ixtisası Misirdə çox inkişaf edib. Çox sayda tələbələr Qahirə Universitetində, İsgəndəriyyə Universitetində, Ayn Şəms Universitetində və ya Mansoura Universitetində təhsil alırlar. Bu universitetlərin məzunları bu gün Avropa və Amerikada uğurla fəaliyyət göstərirlər Humanitar, texniki sahələrdə də geniş imkanlar mövcuddur. Misirdə ərəb, ingilis, fransız, Azərbaycan və türk dillərini öyrənmək mümkündür. Bu sahədə də güclü təhsil sistemi formalaşıb. Biz texniki ixtisaslar, o cümlədən mexanika, elektrik mühəndisliyi, neft sahəsi və digər istiqamətlər üzrə çox güclüyük Bundan əlavə, Misirdə bir çox universitetlərin xarici universitetlərlə əməkdaşlığı (birgə proqramları) var. Məsələn, bəzi tibb proqramları Böyük Britaniya universitetləri ilə birgə həyata keçirilir. Bu cür proqramlar üzrə təhsil alan tələbələr bakalavr pilləsini bitirdikdən sonra iki diplom əldə edirlər - biri Misirdən, digəri isə xarici universitetdən, məsələn, İngiltərədən. Belə proqramlardan biri İsgəndəriyyə Universitetində həyata keçirilən "Manchester proqramı"dır. Bu proqram çərçivəsində tibb sahəsində təhsil alan tələbələr həm Misir, həm də Böyük Britaniya diplomunu alırlar Ümumiyyətlə, Misir universitetləri daim dünyada baş verən yenilikləri izləyir və təhsil sistemini müasir tələblərə uyğun şəkildə inkişaf etdirir. Məqsəd tələbələrə ən yeni bilik və bacarıqları öyrətməkdir. Bu yanaşma Misirin ali təhsil sistemində əsas prinsiplərdən biridir və universitetlərimizin güclü tərəflərindən hesab olunur Misir-Azərbaycan mədəni əlaqələrinin inkişafı üçün nə kimi işlər görülür? Biz Azərbaycan və Misir arasında əlaqələri əks etdirən çoxlu sərgilər təşkil edirik. Uşaqların çəkdiyi rəsmlərə baxanda görürəm ki, onlar Misir və Azərbaycan arasında olan oxşarlıqları necə gözəl şəkildə əks etdiriblər. Bu rəsmlərdə hər iki ölkənin mədəniyyəti çox bənzər formada təqdim olunur. Rəsmlərdə həm Misiri, həm də Azərbaycanı görmək mümkündür. Mən sərgilərdə uşaqların çəkdiyi rəsmlərə baxanda bir daha əmin oldum ki, Misir və Azərbaycan mədəniyyət baxımından bir-birinə çox yaxındır Bəs regionlarla bağlı hansısa layihələr var? Bəli, nümunə üçün Qarabağ mövzusunda təşkil olunan sərgi bizim mədəniyyət mərkəzimizdə keçirildi. Bu, məni çox sevindirdi. Çox maraqlı və gözəl əsərlər təqdim olundu. Gələcəkdə Qarabağda bu cür tədbirlər keçirmək olar. Başqa bir sərgidə Azərbaycanın 15 müxtəlif bölgəsindən təxminən 135 uşaq iştirak edirdi. Bakı, İsmayıllı, Qəbələ və digər bölgələrdən uşaqlar qatılmışdı. Onlar Misir və Azərbaycan mövzusunda çoxlu rəsmlər hazırlamışdılar. Bu sərginin adı "Misir və Azərbaycan dostluğu" idi. Bir azərbaycanlı qızın milli geyimi necə təsvir olunubsa, eyni şəkildə Misirin qədim geyimləri də çox gözəl şəkildə göstərilmişdi. Bu, mədəniyyətlərimizin nə qədər yaxın və oxşar olduğunu bir daha sübut edir. Gələcəkdə bu cür sərgiləri Azərbaycanın müxtəlif bölgələrində də təşkil edəcəyik Təhsil sahəsində əlaqələrin genişləndirlməsi üçün hansı addımların atılması zəruridir? Bizim Mədəniyyət Mərkəzi artıq tanınır və insanlar bilirlər ki, burada Misirlə bağlı məlumat almaq, təhsil imkanları haqqında öyrənmək mümkündür. Kim Misirdə təhsil almaq istəyirsə, biz bu barədə məlumat verməyə hazırıq Təhsil sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində işlər aparılır, bu sahədə böyük planlarımız var. Hazırda biz həm Qahirə Universiteti, həm də AMEA ilə əməkdaşlıq imkanlarını araşdırırıq. Məqsədimiz iki ölkənin universitetlərinin birgə işləməsini, elmi və təhsil sahəsində sıx əlaqələrin qurulmasını təmin etməkdir. Biz geniş və möhkəm təhsil əlaqələri qurmağı hədəfləyirik, bu, iki ölkə arasında strateji və davamlı əməkdaşlıq olacaq. Hazırda bu istiqamətdə işlər Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi vasitəsilə davam etdirilir. Həm məktəblərlə, həm də universitetlərlə müxtəlif görüşlər, tədbirlər keçirir, bu əməkdaşlığı daha da genişləndirmək üçün imkanları araşdırırıq


