Mirzoyan Putinin "sivil boşanma" fikrini şərh etdi: "Burada qeyri-adi heç nə yoxdur"
"Ermənistan lazımi vaxtda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) xeyrinə qərar qəbul edəcək" Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib Erməni nazir bununla da Rusiya Prezide

"Ermənistan lazımi vaxtda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) xeyrinə qərar qəbul edəcək" Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib Erməni nazir bununla da Rusiya Prezidenti Vladimir Putinin "sivil boşanma" ilə bağlı fikirlərinə münasibət bildirib. "Səmimi desək, hazırda seçki kampaniyasının qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də vaxtımız yoxdur. Ancaq xatırlatdığınız konkret məsələyə gəldikdə, həmişə bildirmişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etmə vaxtı yetişdikdə, təbii ki, biz bu seçimi edəcəyik. Burada qeyri-adi heç nə yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük və bu təşkilat çərçivəsində fəaliyyətimizi davam etdiririk", - deyə Mirzoyan bildirib Xatırladaq ki, Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulma planlarının xüsusi diqqət tələb etdiyini bildirib. Rusiya dövlət başçısı bu məsələ ilə əlaqədar ölkədə referendum keçirilməsini təklif edib. O, həmçinin qeyd edib ki, əgər ermənilər bu təşəbbüsü dəstəkləyərlərsə, o zaman Rusiya "sivil boşanma prosesinə" başlaya bilər Məktəb avtobusu yük maşını ilə toqquşdu, ölən və xəsarət alanlar var - Foto Rusiyanın nəzarətində olan ərazilərdə neçə milyon ukraynalı var? Rusiyada müəmmalı şəkildə ölənlərin cəsədləri aşkarlandı - FOTO Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı Belarusu görün kimlər təhdid edir... - Lukaşenkodan şok açıqlama Putin Zelenski ilə görüş üçün şərtləri açıqladı Prezidentin xüsusi diqqət göstərdiyi şəhid atasının qəhrəman oğlu: Samir haqda nələr bilirik? - Foto/Video "İran futbolçuları Dünya Kubokunda oynamağa layiqdirlər” - Mourinyo Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTO Heydər Əliyevin şəxsi mühafizəçisi: "Çox sadə insan idi, bizə yasa gəlmişdi" - VİDEO Tarix belə azarkeşlik görməmişdi - Öz komandalarını çempionluqdan etdilər Məşhur plastik zavodunda dəhşətli yanğın oldu - VİDEO Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq “Zangilan City Park Hotel”in təməli qoyuldu - FOTOLAR


