Tenqri
Ana Səhifə
Dünya

Mirzoyan: Mən sizin gözləriniz qarşısında TRIPP sazişini imzaladım - VİDEO

Ermənistan tərəfi lazımi dövlətdaxili prosedurları yerinə yetirdikdən və sənədi ratifikasiya etdikdən sonra Tramp marşrutunun (TRIPP) işə salınması üzrə işlərin başlanması üçün əsas ola biləcək çərçivə sazişi imzalayıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib

0 baxışhaqqin.az
Mirzoyan: Mən sizin gözləriniz qarşısında TRIPP sazişini imzaladım - VİDEO
Paylaş:

Ermənistan tərəfi lazımi dövlətdaxili prosedurları yerinə yetirdikdən və sənədi ratifikasiya etdikdən sonra Tramp marşrutunun (TRIPP) işə salınması üzrə işlərin başlanması üçün əsas ola biləcək çərçivə sazişi imzalayıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, bu sənəddə artıq ABŞ dövlət katibi Marko Rubionun imzası var "Gözünüzün qabağında mən çərçivə sazişi imzaladım. Bu, ABŞ-ın dövlət katibi Marko Rubionun səfəri zamanı paraflanıb. O, artıq sənədə imza atıb. Beləliklə, saziş ratifikasiyaya hazırdır", - Mirzoyan sosial şəbəkədə canlı yayımda bildirib Nazir sənədin mümkün ratifikasiya vaxtını, habelə saziş qüvvəyə mindikdən sonra layihənin həyata keçirilməsinin konkret mərhələlərini açıqlamayıb Qeyd edək ki, mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfəri zamanı Ermənistan və ABŞ arasında TRIPP layihəsi (Beynəlxalq tərəqqi üçün Tramp yolu) və iki ölkənin Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi paraflanıb pic.twitter.com/mllKpHM6Ba

Kaynak: haqqin.az

Diğer Haberler