Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakıya işgüzar səfər edəcək "Report" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəs

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakıya işgüzar səfər edəcək "Report" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində çıxış edəcək Forum şəhərlərin dayanıqlı inkişafı, əlçatan mənzillə təminat, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, iqlim sabitliyi və mənzil maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin və danışıqların keçirilməsi nəzərdə tutulur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


