Mülki şəxslər pilotsuz təyyarə ilə vurulub: yaralılar var - xəbər yenilənib
Ukrayna mətbuatı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, iyunun 15-də günortadan sonra rus qoşunları pilotsuz təyyarədən istifadə etməklə Xersonun Korabelnı rayonuna hücum edib Məlumata görə, zərbə nəticəsində həmin vaxt supermarketlərdən birinin yaxınlığında olan 4 yerli sakin xəsa

Ukrayna mətbuatı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, iyunun 15-də günortadan sonra rus qoşunları pilotsuz təyyarədən istifadə etməklə Xersonun Korabelnı rayonuna hücum edib Məlumata görə, zərbə nəticəsində həmin vaxt supermarketlərdən birinin yaxınlığında olan 4 yerli sakin xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında başından və ayaqlarından ağır qəlpə yaraları alan 17 yaşlı qız da var; "Həkimlər qurbanın vəziyyətini ağır kimi qiymətləndirirlər", yerli hakimiyyət orqanları bildirib. 42 yaşlı qadın, 65 yaşlı qadın və 43 yaşlı kişi də yaralanıb. Zərərçəkənlər müxtəlif dərəcəli mina partlayıcı xəsarətlər alıblar Bundan əlavə, iyunun 15-də günortadan sonra Rusiya hərbçiləri Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa kəndinə pilotsuz təyyarələrdən zərbələr endiriblər Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov Telegram-da bildirib ki, ruslar sakinlərə humanitar yardım paylayarkən Kamışevaxa hücum ediblər” Fedorovun sözlərinə görə, 4 nəfər qəlpələrdən yaralanıb. Rayon rəhbəri əlavə edib ki, onlara bütün lazımi tibbi yardım göstərilib


