Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış
Miqrenin profilaktikası üçün nəzərdə tutulan yeni nəsil preparatlar görmə qabiliyyətinin geri dönməz itirilməsinə səbəb olan ən geniş yayılmış xəstəliklərdən birinin - qlaucomanın inkişaf riskini azalda bilər Publika.az ”Neurology“ jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, Amerika N

Miqrenin profilaktikası üçün nəzərdə tutulan yeni nəsil preparatlar görmə qabiliyyətinin geri dönməz itirilməsinə səbəb olan ən geniş yayılmış xəstəliklərdən birinin - qlaucomanın inkişaf riskini azalda bilər Publika.az ”Neurology“ jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, Amerika Nevrologiya Akademiyasının tədqiqatçıları belə bir qənaətə gəliblər Alimlər miqrendən əziyyət çəkən 73 mindən çox pasiyentin məlumatlarını araşdırıblar. Onlar CGRP inhibitorları qrupuna aid müasir preparatları qəbul edən şəxslərlə daha köhnə profilaktika vasitələrindən istifadə edən pasiyentləri müqayisə ediblər CGRP ağrı siqnallarının ötürülməsində və damar tonusunun tənzimlənməsində iştirak edən zülaldır. Onun təsirini bloklayan dərmanlar hazırda ağır miqrenin profilaktikasında əsas üsullardan biri hesab olunur. Tədqiqatda Erenumab, Fremanezumab və Qalkanezumab daxil olmaqla, monoklonal antitellər əsasında hazırlanan preparatlar təhlil edilib Müşahidə müddətində qlaucoma CGRP preparatları qəbul edən pasiyentlərin 0,42 faizində, standart terapiya qrupundakı insanların isə 0,61 faizində inkişaf edib. Yaş, hipertoniya və miqren tutmalarının tezliyi nəzərə alındıqdan sonra tədqiqatçılar belə nəticəyə gəliblər ki, CGRP inhibitorlarının qəbulu qlaucoma riskinin təxminən 25 faiz azalması ilə bağlıdır Ən qabarıq effekt monoklonal antitellər əsasında hazırlanan preparatlarda müşahidə olunub. Bu süni şəkildə sintez edilmiş zülallar ağrı siqnallarının ötürülməsində və damarların işində iştirak edən CGRP zülalını seçici şəkildə bloklayır. İşin müəllifləri ehtimal edirlər ki, bu cür dərmanlar damarların vəziyyətinə müsbət təsir göstərə və sinir sistemindəki iltihab proseslərini azalda bilər Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqat birbaşa qoruyucu effekti sübut etmir, sadəcə statistik əlaqəni aşkar edir. Bununla belə, nəticələr həm miqrenin, həm də qlaucomanın inkişaf mexanizmlərini daha yaxşı anlamağa, gələcəkdə isə görmə xəstəliklərinin profilaktikasına yeni yanaşmalar tapmağa kömək edə bilər Partlayışda xəsarət alan həkim vəfat etdi Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq 34 aptekdə nöqsan aşkarlandı Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür Azərbaycanda həkim vəfat etdi Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olundu - FOTO Tramp İranı yeni sərt zərbələrlə hədələdi Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO Məşhur model aktyorla öpüşərkən yaxalandı Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış Böyüklər və uşaqlar nə qədər kabab yeyə bilərlər? - Xəbərdarlıq ABŞ Hörmüz boğazında İranın hücumlarını dəf etdi İranın cənubunda iki PUA vuruldu Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır


