Ermənistan Ədliyyə Nazirliyi yeni konstitusiyanın mətni haqqında
Ermənistanın yeni konstitusiyasının mətni çapa hazır deyil, çünki Ədliyyə Nazirliyi həmkarlarından rəy və şərhlər gözləyir. Bu barədə yerli kanallar tərəfindən yayımlanan brifinqdə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib “Dünən (Mülki Müqavilə Partiyasının İdarə Heyətinin iclasında - re

Ermənistanın yeni konstitusiyasının mətni çapa hazır deyil, çünki Ədliyyə Nazirliyi həmkarlarından rəy və şərhlər gözləyir. Bu barədə yerli kanallar tərəfindən yayımlanan brifinqdə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib “Dünən (Mülki Müqavilə Partiyasının İdarə Heyətinin iclasında - red.) biz yeni konstitusiyanın mətninin dərci ilə bağlı məsələni müzakirə etdik və hesab edirəm ki, yaxın gələcəkdə ümumiləşdirmədən sonra - bunu ona görə deyirəm ki, biz müəyyən həmkarlarımızın fikirlərini gözləyirik və bu fikirləri toplamaq üçün bizə bir-iki həftə lazım olacaq - daha bir müzakirə olacaq, ya hazır olacağıq, ya yox, anlaşacağıq, yoxsa yox. <...> Əvvəllər dərc edilməməsinin səbəbləri haqqında: Əvvəllər dəfələrlə demişdim ki, mətn hazır deyil, bir sıra həmkarlarımız öz şərhlərini bildirməyə vaxt tapmayıblar” Nazir qeyd edib ki, nəşr məsələsi ayrı-ayrılıqda yox, kollegial həll olunmalıdır və müvafiq qərar qəbul edildikdən sonra mətn açıqlanacaq


