Tenqri
Ana Səhifə
Dünya

Mənfi bir milyard yarım Rusiyaya görə

“Politico” yazır ki, Avropa İttifaqı demokratik proseslərin geri çəkilməsi və ölkənin Rusiya ilə sıx əlaqələri səbəbindən Serbiyanı 1,5 milyard avroya qədər maliyyə vəsaitindən məhrum edə bilər. Söhbət xüsusən də vətəndaşların kütləvi etirazları fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətini

0 baxışhaqqin.az
Mənfi bir milyard yarım Rusiyaya görə
Paylaş:

“Politico” yazır ki, Avropa İttifaqı demokratik proseslərin geri çəkilməsi və ölkənin Rusiya ilə sıx əlaqələri səbəbindən Serbiyanı 1,5 milyard avroya qədər maliyyə vəsaitindən məhrum edə bilər. Söhbət xüsusən də vətəndaşların kütləvi etirazları fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətinin həyata keçirdiyi məhkəmə sistemində islahatlardan gedir "Serbiyada baş verənlərlə bağlı narahatlığımız artır - məhkəmə sisteminin müstəqilliyinə xələl gətirən qanunlardan tutmuş etirazçıların repressiyalarına və müstəqil mediaya vaxtaşırı müdaxilələrə qədər", - Avropa komissarı Marta Kos deyib O, həmçinin vurğuladı ki, Avropa Komissiyası Belqradın “Aİ maliyyə alətləri üzrə ödənişlər” şərtlərinə əməl etməyə davam edib-etmədiyini qiymətləndirir. Serbiya Aİ-nin üzvü deyil, lakin 2014-cü ildə başlayan üzvlük danışıqlarının bir hissəsi kimi hüquqi islahatları təşviq etmək üçün vəsait və qrantlar almaq hüququna malikdir Ötən ilin oktyabrında Avropa Parlamenti Serbiya hakimiyyətindən ölkənin xarici siyasətini Aİ xəttinə uyğunlaşdırmağı, o cümlədən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib Ukrayna ilə müharibə başlayandan sonra Vuçiç AB ilə münasibətləri balanslaşdırmağa çalışır, Serbiyanın avrointeqrasiya istiqamətində dəyişməz kursunu bəyan edir və Brüsseldən maliyyə alır və hələ də ona qarşı sanksiyalar tətbiq etmədiyi Moskva ilə sıx əlaqələr saxlayır

Kaynak: haqqin.az

Diğer Haberler