Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclası keçirilib (FOTO)
BAKI, Azərbaycan, 3 iyun. Minskdə Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetindəki mənbə bildirib İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfdən i
BAKI, Azərbaycan, 3 iyun. Minskdə Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetindəki mənbə bildirib İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfdən isə Baş nazirin müavini Natalya Petkeviç sədrlik edib Forumda çıxış edən Petkeviç bildirib ki, Azərbaycan ilə Belarus arasında münasibətlər zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslanır. O qeyd edib ki, dövlət başçıları tərəfindən ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıya qoyulan məqsəd ölkələr arasında əməkdaşlıq üçün yüksək potensialdan xəbər verir Petkeviç sənaye kooperasiyasının, birgə müəssisələrin yaradılmasının, kənd təsərrüfatı sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrin əsas inkişaf istiqamətlərindən olduğunu vurğulayıb. Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri də müzakirə olunub S.Şərifov görüşdə çıxış edərək Azərbaycan-Belarus münasibətlərinin dövlət başçıları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin təmin edilməsində mühüm rol oynayır S.Şərifov qeyd edib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon dollara çatıb. Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər Azərbaycan rəsmisi Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, bu platforma Azərbaycan məhsullarının Belarus bazarında tanıdılmasına, ixracın genişləndirilməsinə, işgüzar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Gəncə Avtomobil Zavodunda Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq şəraitində traktor, yük avtomobilləri, kommunal və xüsusi texnika istehsalı uğurla davam etdirilir Tərəflər Azərbaycanda məişət texnikası istehsalı, lift avadanlıqlarının yığılması, əczaçılıq və baytarlıq preparatlarının istehsalı, o cümlədən mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər Görüşdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələrdən danışılıb. Azərbaycanın Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə aqroşəhər layihəsinin həyata keçirilməsi yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da görüşün əsas mövzularından olub. Bildirilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 63%-dən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron informasiya mübadiləsinin genişləndirilməsi, beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər Humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti, idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının Yekun Protokolu, Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Dövlət Statistika Komitəsi və Belarus Milli Statistika Komitəsi, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində Əməkdaşlıq Proqramı, Azərbaycan və Belarusun Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üçün Yol Xəritəsi və G.F. Avtomobil Zavodu və “POJSNAB” imzalanıb Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasından sonra hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib Görüşün sonunda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin inkişafı istiqamətində birgə səyləri davam etdirmək əzmində olduqlarını bir daha təsdiq etdilər Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının növbəti, 17-ci iclasının 2027-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb
Diğer Haberler

Özbəkistan və AYİB kapital bazarında islahatlar və maliyyə infrastrukturunun inkişafı məsələlərini müzakirə edirlər

Özbəkistanın “Trastbank”ı səhm kapitallaşması hesabına kapitalın 83,8 milyon dollar artırılmasını təsdiqləyib
