Səhiyyə və elm və təhsil nazirləri Qarabağ Universitetində olublar
Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi, eləcə də Qarabağ Universitetinin klinikasında olublar Qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olublar və universitetin rəhbərliyi tərəfindən həy

Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi, eləcə də Qarabağ Universitetinin klinikasında olublar Qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olublar və universitetin rəhbərliyi tərəfindən həyata keçirilən təhsil proqramı və inkişaf strategiyası barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin tədris infrastrukturuna, o cümlədən sinif otaqlarına, elmi-tədqiqat və tədris laboratoriyalarına, Simulyasiya Mərkəzinə baş çəkib. Qonaqlara praktiki bacarıqların inkişafına yönəlmiş təhsil imkanları və tələbələrin peşə hazırlığı üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib Sonra nümayəndə heyəti Qarabağ Universitetinin klinikasında olub, buradakı kafedralar, laboratoriyalar, müasir tibbi avadanlıqlar və tibbi xidmətin təşkili ilə yaxından tanış olublar. Həmçinin tələbə yataqxanasına ekskursiya olub Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev klinikanın professor-müəllim heyətinin tələbələri, professor-müəllim heyəti və əməkdaşları ilə görüş keçiriblər. Görüşdə ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sisteminin kadr potensialının gücləndirilməsi, gənc həkimlərin hazırlanması və elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması məsələləri müzakirə olunub İnteraktiv formatda keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Nazirlər tədbir iştirakçılarının suallarını cavablandırıb, təhsil və səhiyyənin inkişafında dövlətin prioritetləri barədə məlumat verib, səhiyyə sistemində aparılan islahatlar barədə fikirlərini bölüşüb, gənclərin peşəkarlığının artırılmasına və keyfiyyətli tibbi təhsilin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar Görüşdə Qarabağ Universitetinin region üçün yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında oynadığı rol, “universitet-klinika” modelinin üstünlükləri, o cümlədən Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində aparılan işlərə xüsusi diqqət yetirilib Tədbir bədii proqramla davam edib. Görüş iştirakçıların yaddaqalan fotosessiyası ilə başa çatıb


