Misirin mənzil naziri WUF13-də iştirak edəcək
Misirin Mənzil, Kommunal Təsərrüfat və Şəhərsalma naziri Randa Əl-Minşavi Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün Qahirədən Bakıya uçub "Report" xəbər verir ki, bu barədə Misirin "Ahl Masr" saytına istinadən məlumat yayıb WUF13 çərçivəsində Misirli nazir bir sıra y

Misirin Mənzil, Kommunal Təsərrüfat və Şəhərsalma naziri Randa Əl-Minşavi Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün Qahirədən Bakıya uçub "Report" xəbər verir ki, bu barədə Misirin "Ahl Masr" saytına istinadən məlumat yayıb WUF13 çərçivəsində Misirli nazir bir sıra yüksək səviyyəli görüş və tədbirlərdə iştirak edəcək, həmçinin digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək O, birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etməyi, həmçinin “ağıllı şəhərlər”in qurulması, mənzil və infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində Misirin inkişaflarını təqdim etməyi planlaşdırır Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycan və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) arasında sıx əməkdaşlıq çərçivəsində keçirilir və davamlı şəhərsalma, ağıllı şəhərlər və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübənin mübadiləsinə yönəlib

