Nazir dövlət proqramının məzunları ilə görüşüb - foto
Elm və təhsil naziri Emin Əmrullayev “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində informatika, informasiya texnologiyaları, statistika və məlumatların təhlili, süni intellekt, eləcə də mühəndislik ixtisasları üzrə təhsil alan bir qrup gənclə görü

Elm və təhsil naziri Emin Əmrullayev “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində informatika, informasiya texnologiyaları, statistika və məlumatların təhlili, süni intellekt, eləcə də mühəndislik ixtisasları üzrə təhsil alan bir qrup gənclə görüşüb Görüşdə nazir dövlət proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq, məzunların Azərbaycanın texnoloji inkişafının təşviqi, innovasiya ekosisteminin və rəqəmsal transformasiya proseslərinin gücləndirilməsi üçün xaricdə əldə etdikləri bilik və bacarıqları səmərəli tətbiq edə biləcəklərinə əminliyini ifadə edib Müzakirələr zamanı gənclərin peşəkar inkişafı perspektivləri, yüksək texnologiyalar sahəsində mövcud imkanlar, innovativ təşəbbüslərin təşviqi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb Görüşün sonunda nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və dövlət proqramının məzunları ilə belə görüşlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb


