Tenqri
Ana Səhifə
İdman

Çexiyanın nəqliyyat naziri: Azərbaycanın ITF-ə, onun təqdimatına və bütün proseslərə töhfəsi həqiqətən böyükdür

Beynəlxalq Nəqliyyat Forumuna (İTF) sədrlik edən ölkə kimi Azərbaycanın əməyi çox mühümdür. Əgər Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mətbuatına müsahibəsində deyib

0 baxışcaliber.az
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın ITF-ə, onun təqdimatına və bütün proseslərə töhfəsi həqiqətən böyükdür
Paylaş:

Beynəlxalq Nəqliyyat Forumuna (İTF) sədrlik edən ölkə kimi Azərbaycanın əməyi çox mühümdür. Əgər Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mətbuatına müsahibəsində deyib O, bu sammitdə Çexiyanın ITF-ə sədrliyini Azərbaycandan alacağını vurğulayaraq dedi: "İnanıram ki, biz bu fəaliyyəti eyni istiqamətdə davam etdirəcəyik. Bu, bütün üzvlər üçün vacibdir, çünki liderlik olmadan irəliləyiş mümkün deyil. Azərbaycan və Çexiya kimi fəal üzvlər ITF-in durğunluğun qarşısını almaqda köməklik göstərirlər. Azərbaycanın təşkilata verdiyi töhfə, onun təqdimatı və görülən bütün mühüm proseslər Azərbaycanda öz əksini tapır" Bakı ilə Praqa arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, ötən həftə Çexiyanın Baş naziri və Azərbaycan Prezidenti bu qarşılıqlı fəaliyyətin qapılarını açıblar: “İndi nazir Rəşad Nəbiyevlə Çexiya ilə Azərbaycan, Praqa və Bakı arasında birbaşa əlaqə məsələlərinin müzakirəsini yekunlaşdıracağıq. Nəqliyyat əlaqələri və yük daşımaları hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır biz bu fürsəti yaratdıqları üçün Çex Respublikasının Baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkür edirəm Orta Dəhliz və İpək Yolu kimi beynəlxalq nəqliyyat dəhlizlərində yerləşən ölkələrimizin potensialına toxunan İ.Bednarik deyib: "Biz çox şadıq ki, bu istiqamətdə yeni qapılar açmışıq. Mərkəzi Avropada Azərbaycan üçün önəmli olduğumuz kimi, Mərkəzi Asiya regionunda da Azərbaycan bizim üçün çox vacib ölkədir. Bu coğrafi mövqe çox önəmlidir və biz bundan xalqlarımıza fayda yaratmaq üçün istifadə etməliyik"

Kaynak: caliber.az

Diğer Haberler