Təhsil naziri məktəblərdəki sıxlığı izah edib
Kant da daxil olmaqla yaxın şəhər və kəndlərdən hər gün 15 minə yaxın uşaq Bişkekə təhsil almağa gəlir. Bu barədə Qırğızıstanın təhsil naziri Doqdurkul Kendirbayeva “Birinchi Radio”nun efirində bildirib Onun sözlərinə görə, paytaxtda yüksək miqrasiya və əhalinin sürətli artımı məktəblərdə yer çatı

Kant da daxil olmaqla yaxın şəhər və kəndlərdən hər gün 15 minə yaxın uşaq Bişkekə təhsil almağa gəlir. Bu barədə Qırğızıstanın təhsil naziri Doqdurkul Kendirbayeva “Birinchi Radio”nun efirində bildirib Onun sözlərinə görə, paytaxtda yüksək miqrasiya və əhalinin sürətli artımı məktəblərdə yer çatışmazlığının əsas səbəbi olaraq qalır. Bundan başqa, son illər təkcə Qırğızıstanın bölgələrindən deyil, Rusiyadan da ailələr Bişkekə köçür Məktəblərə qəbulun elektron qaydada aparılmasına münasibət bildirən nazir qeyd edib ki, sistem uşaqların ilk növbədə yaşadıqları yer üzrə təhsil almasını təmin etmək üçün tətbiq edilib. Onun sözlərinə görə, bir çox valideynlər övladlarını şəhərin mərkəzindəki məşhur məktəblərə göndərməyə çalışır, yeni yaşayış massivlərindəki bəzi təhsil müəssisələrində hələ də boş yerlər var "Bütün dünyada uşaqlar adətən evə ən yaxın məktəbdə təhsil alırlar. Gündəlik uzaq məsafələrə səfərlər uşaqda əlavə fiziki və psixoloji gərginlik yaradır", - Kendirbayeva vurğulayıb O əlavə edib ki, bütün məktəblər vahid dövlət proqramları və təhsil standartları əsasında fəaliyyət göstərir, ona görə də təhsilin keyfiyyəti təhsil müəssisəsinin statusundan asılı olmamalıdır


