Minifutbol turnirinin bürünc medalçısı: Çempionluğa layiq olduğumuzu düşünürəm
Özümüzə bürünc medal arzulamırdıq. Fikrimcə, finala vəsiqə qazanmağa layiq tərəf biz idik. Təəssüf ki, belə alındı Bu sözləri AZƏRTAC-a açıqlamasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində bürünc medal qazanmış Ədliyyə Nazirliyinin koman

Özümüzə bürünc medal arzulamırdıq. Fikrimcə, finala vəsiqə qazanmağa layiq tərəf biz idik. Təəssüf ki, belə alındı Bu sözləri AZƏRTAC-a açıqlamasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində bürünc medal qazanmış Ədliyyə Nazirliyinin komandasının üzvü Seymur Şükürov deyib O, ötən il turnirin qalibi olduqlarını xatırladıb: “Ümid edirəm ki, gələn il də bu uğurumuzu təkrarlayacağıq. Çempionluğa layiq olduğumuzu düşünürəm. İki ildir turnirin qızıl medallarına sahib çıxırıq. Artıq bir çoxları komandamızın gücünə bələddir” S.Şükürov turnirə marağın ildən-ilə artığını söyləyib: “Çox gözəl ab-hava var idi. Ötənilki kimi azarkeşlər, bizi dəstəkləyənlər çox idi” Qeyd edək ki, SOCAR qızıl, “Azərişıq” gümüş, Ədliyyə Nazirliyi isə bürünc medallara sahib çıxıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


