"Miniboss Biznes Məktəbi"nin direktoru: "Süni intellektin tədris prosesinə tətbiqi Azərbaycanda reallığa çevrilir"
Tədris prosesində istifadə olunan süni intellekt texnologiyaları şagirdlərin layihə təqdimatlarını daha səmərəli hala gətirir "Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib A.Xələfovanın fikrincə, süni intellektin tədris sis

Tədris prosesində istifadə olunan süni intellekt texnologiyaları şagirdlərin layihə təqdimatlarını daha səmərəli hala gətirir "Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib A.Xələfovanın fikrincə, süni intellektin tədris sisteminə inteqrasiyası artıq labüd bir mərhələdir - bu tendensiya həm Azərbaycanda, həm də beynəlxalq miqyasda gerçəkliyə çevrilib: "Hesab edirəm ki, süni intellektin konstruktiv şəkildə tətbiqi uşaqların bilik və bacarıq səviyyəsinin artırılmasına əhəmiyyətli dəstək verir. Hətta vurğulamaq yerinə düşər ki, bəzən şagirdlər süni intellekt alətlərindən və müxtəlif proqram vasitələrindən yararlanmaq baxımından müəllimləri qabaqlayırlar. Onlar qlobal tendensiyalarla daha yaxından tanışdırlar Müəllim heyəti isə ümumilikdə klassik tədris metodlarına söykənir. Ancaq əgər tədris prosesi buna şərait yaradırsa və bu yanaşma təhsilə əngəl törətmirsə, süni intellektin tətbiqi faydalı nəticələr verə bilər" O hesab edir ki, nümunə olaraq, hələ hazır məhsulu olmayan bir layihənin videoçarxının süni intellekt köməyi ilə hazırlanaraq investora nümayiş etdirilməsi olduqca effektiv üsuldur: "Çünki münsiflər bəzən "Bu məhsul əslində necə görünəcək?" sualına cavab axtarırlar. Belə hallarda vizual təqdimat ideyanın daha aydın qavranılmasına yardım edir və gənclərə uğur əldə etmək üçün əlavə fürsət yaradır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
