Mingəçevirlilər WUF13 Festivalında böyük həvəslə iştirak ediblər
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində WUF13 Festivalı keçirilib AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində WUF13 Festivalı keçirilib AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda təşkil olunub “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb Qeyd edək ki, günün birinci yarısında Mingəçevir Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


