Mingəçevirdə yeni güləş zalı istifadəyə verilib
Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir Qeyd olunub ki, bu çərçivədə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən sərbəst güləş bölməsi üçün ye

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir Qeyd olunub ki, bu çərçivədə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən sərbəst güləş bölməsi üçün yeni zal iyulun 4-də rəsmi istifadəyə verilib Bildirilib ki, bölmə 2025-ci il noyabrın 1-də Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə yaradılıb Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MOİK-nın rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, eləcə də Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər Qeyd olunub ki, istifadəyə verilən yeni zal Mingəçevirdə sərbəst güləşin inkişafına, istedadlı idmançıların yetişdirilməsinə və Azərbaycan güləşinin uğurlarının artırılmasına mühüm töhfə verəcək Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

NATO Sammitində vəzifə yerinə yetirən polis əməkdaşlarının zəhərləndiyi iddiası I Ankara Valiliyi: Zəhərlənmə sübutu tapılmadı | T24

Elon Musk-ın "Hökumət Effektivliyi Departamenti" rəsmi olaraq bağlandı: 11 milyard dollarlıq büdcə kəsiri buraxır, müəssisələrdə yenidən işə qəbul dalğası başlayır | T24
