Tenqri
Ana Səhifə
Dünya

Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub

Mingəçevir Dövlət Universitetində regionun ən böyük və müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, laboratoriyanın istifadəyə verilməsi münasibətilə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nüm

0 baxışazertag.az
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
Paylaş:

Mingəçevir Dövlət Universitetində regionun ən böyük və müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, laboratoriyanın istifadəyə verilməsi münasibətilə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə olub Bu münasibətlə keçirilən tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial sərmayələr fəaliyyətinin rəhbəri Xalid Rəcəbov, Azərbaycanda sosial sərmayələr üzrə menecer Babək Həmidov, sosial sərmayələr və sponsorluq fəaliyyəti üzrə müşavir Rəna Həsənova, sosial sərmayələr fəaliyyəti üzrə koordinator Cəmilə Sultan, universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər MDU-nun rektoru Anar Eminov universitetdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, mühəndislik və informasiya texnologiyaları istiqamətində aparılan islahatlar, eləcə də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Rektor son illərdə MDU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində təhsil alan tələbələrin sayında müşahidə olunan davamlı artımın bu sahəyə yüksək marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, müasir texnologiyalar əsasında yaradılmış yeni laboratoriya tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, real kiberhücum ssenarilərinin təhlili və idarə olunması üzrə təcrübə qazanmasına geniş imkanlar yaradacaq. Rektor bp və tərəfdaşlarına göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edərək, layihənin universitet-sənaye əməkdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanın ali təhsil müəssisələrində müasir İKT infrastrukturu və Kibertəhlükəsizlik laboratoriyalarının yaradılması” layihəsinin əhəmiyyətindən danışıb. O, layihənin Azərbaycanın ali təhsil sistemində rəqəmsal bacarıqların inkişafına, kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşmasına və ölkənin texnoloji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. MDU-nun layihənin həyata keçirilməsində xüsusi rol oynadığını, dəstək göstərdiyini vurğulayan Bəxtiyar Aslanbəyli universitetdə yaradılmış innovativ mühitin region gənclərinin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib O, bp-nin Azərbaycanda təhsil, insan kapitalının inkişafı və sosial sərmayə layihələrinə verdiyi dəstəyin uzunmüddətli tərəfdaşlıq fəlsəfəsinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb Sonra bp-nin nümayəndə heyəti laboratoriyada yaradılmış müasir texnoloji infrastrukturla tanış olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler