Ekologiya Nazirliyi Azərbaycanda “yaşıl” enerji sektorunun inkişafı haqqında
Azərbaycan yaşıl enerjini və ərazilərin ekoloji bərpasını inkişaf etdirir Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş "Təbiətdən ilhamlanır. İqlim naminə. Gələcəyimiz naminə" devi

Azərbaycan yaşıl enerjini və ərazilərin ekoloji bərpasını inkişaf etdirir Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş "Təbiətdən ilhamlanır. İqlim naminə. Gələcəyimiz naminə" devizi altında keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib "Bu gün Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı ilə tərəfdaşlıq çərçivəsində ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir. Bu, Azərbaycanın qlobal ekoloji gündəmdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq yanaşmasının və ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir" Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin birgə məsuliyyətidir: "Ekoloji problemlər milli sərhədlərə hörmət etmir və transsərhəd xarakter daşıyır. Təbiət, meşələr və biomüxtəliflik, okeanlar və dənizlər, çaylar və nəfəs aldığımız hava bizim ümumi irsimizdir. Ona görə də iqtisadi inkişafın, sosial rifahın və ekoloji tarazlığın təmin edilməsi birgə səylər və birgə fəaliyyət tələb edir" O qeyd edib ki, Azərbaycanda yaşıl inkişaf və bərpa olunan enerji sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması planlaşdırılır ki, bu da Paris Sazişindən irəli gələn öhdəliklər çərçivəsində 2035-ci ilə qədər istixana qazlarının emissiyalarının daha da azaldılmasına zəmin yaradacaq Rəşad İsmayılov Ermənistanın işğalı illərində Azərbaycan ərazilərinin təbii sərvətlərinə, ekosistemlərinə, flora və faunasına ciddi ziyan dəydiyini də xatırladıb: “Ekosid, herbisid, kultursid faktları olub” “Hazırda “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur rayonlarında ekoloji prinsiplər əsasında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekoloji bərpa prosesinin asanlaşdırılması üçün BMT-nin Ətraf Mühit Proqramından ekspert dəstəyi alıb və bu dəstəyə görə təşkilata təşəkkürümüzü bildiririk”, - deyə nazir qeyd edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


