Milyonlarla “Fənər” azarkeşinin arzularını oğurlayan Edersonun istəyinə baxın
Fənərbaxçadakı gələcəyi müzakirə edilən Edersondan diqqət çəkən açıqlamalar gəldi. Braziliyalı qolkiper ailəsinə edilən təhqirləri unuda bilmədiyini bildirərkən, müqaviləsi ilə bağlı açıq danışıb “Sözcü”də yer alan xəbərə görə, Ederson son zamanlar baş verən prosesə görə çox inciklik hiss etdiyini

Fənərbaxçadakı gələcəyi müzakirə edilən Edersondan diqqət çəkən açıqlamalar gəldi. Braziliyalı qolkiper ailəsinə edilən təhqirləri unuda bilmədiyini bildirərkən, müqaviləsi ilə bağlı açıq danışıb “Sözcü”də yer alan xəbərə görə, Ederson son zamanlar baş verən prosesə görə çox inciklik hiss etdiyini bildirib. Təcrübəli qolkiper baş verənlərə münasibət bildirib, həyat yoldaşı və uşaqlarına qarşı edilən təhqirləri unuda bilmədiyini bildirib "Fənərbaxça" ilə 2028-ci ilə qədər müqaviləsi olan Edersonun maaş məsələsində dəqiq mövqe sərgilədiyi iddia edilib. Braziliyalı qolkiperin "2028-ci ilə qədər 22 milyon avro maaşım var. Bütün bunları almadan müqaviləmi pozmayacağam" dediyi iddia edilib Son həftələr performansına görə tənqid edilən və Qalatasaray derbisində aldığı qırmızı vərəqədən sonra mövsümü bağlayan Edersonun gələcəyi qeyri-müəyyən olaraq qalır. Fənərbaxça rəhbərliyinin yeni mövsüm planında qapıçı ilə bağlı hansı qərarı verəcəyi maraq doğurur

