Milyonlar ayrıldı, amma Şəkidə baramaçılıq qalmayıb - Ziyad Səmədzadə
Azərbaycanda ümumi daxili məhsulun cəmi 12 faizi regionların payına düşür Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun lay

Azərbaycanda ümumi daxili məhsulun cəmi 12 faizi regionların payına düşür Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə deyib Deputat bildirib ki, ölkədə kənd təsərrüfatı və sənaye sahələrində ixtisaslaşma məsələləri ciddi diqqət tələb edir “Bu gün respublikada ixtisaslaşma məsələsi demək olar ki, yox dərəcəsindədir. Heç bir dövlət kənd təsərrüfatı istehsalının ixtisaslaşması və məhsuldar qüvvələrin yerləşdirilməsi sxemi olmadan fəaliyyət göstərmir”, - deyə o qeyd edib Ziyad Səmədzadə vurğulayıb ki, vaxtilə bəzi rayonlarda pambıqçılığın inkişafı ilə bağlı dövlət səviyyəsində ciddi addımlar atılıb Onun sözlərinə görə, sonrakı dövrlərdə pambıqçılıq və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramları qəbul olunsa da, onların icrasında problemlər yaranıb “Baramaçılıq və pambıqçılıqla bağlı proqramlar qəbul edildi, milyonlarla manat vəsait ayrıldı. Lakin bu proqramların icrası ilə lazımi səviyyədə məşğul olunmadı. Bu gün Şəki rayonunda baramaçılıq demək olar ki, yoxdur”, - deyə deputat bildirib Deputat yüngül sənayedə məşğulluğun da kəskin azaldığını diqqətə çatdırıb “1970-ci illərdə Azərbaycanın yüngül sənayesində 100 min nəfərə yaxın insan çalışırdı. Bu gün isə həmin sahədə cəmi 10 min nəfər işləyir. Biz istehsal etdiyimiz xammalı ixrac edirik, lakin onun emalı və əlavə dəyər yaradan istehsalı lazımi səviyyədə inkişaf etmir”, - deyə o qeyd edib Ziyad Səmədzadə regionların iqtisadiyyatdakı payının da aşağı olduğunu bildirib “Bu gün Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun cəmi 12 faizi regionların payına düşür. Bu, çox aşağı göstəricidir”, - deyə deputat vurğulayıb O, kənd təsərrüfatı elmində maliyyələşmənin artırılmasının vacibliyini də qeyd edib “Azərbaycanda kənd təsərrüfatında 10 milyard manatlıq məhsul istehsal olunur. Lakin bu sahədə elmin inkişafına cəmi 14 milyon manat vəsait ayrılır. Bu, çox ciddi düşünülməli məsələdir”, - deyə Z.Səmədzadə bildirib


