Rusiyada milyarder öldü - FOTO
Milyarder Mixail Smirnov Leninqrad vilayətinin Miçurinskoye kəndində motosikletlə toqquşması nəticəsində ölüb. Polisin məlumatına görə, Smirnov qarşıdan gələn zolağa çıxıb və “Haval” markalı avtomobilə çırpılıb Bu barədə Mash xəbər verir Mixail Smirnov məşhur iş adamı, “Baltic Fuel Company” MMC-n

Milyarder Mixail Smirnov Leninqrad vilayətinin Miçurinskoye kəndində motosikletlə toqquşması nəticəsində ölüb. Polisin məlumatına görə, Smirnov qarşıdan gələn zolağa çıxıb və “Haval” markalı avtomobilə çırpılıb Bu barədə Mash xəbər verir Mixail Smirnov məşhur iş adamı, “Baltic Fuel Company” MMC-nin (BTQ) həmsahibi və BTQ-nin direktorlar şurasının sədri olub. 2024-cü ilə qədər BTQ qrupuna daxil olan “Neva Oil” MMC-də 50% paya sahib olub. Smirnov həmçinin logistika, restoran biznesi, daşınmaz əmlak və maliyyə sahələrində biznesdə iştirak edib 2024-cü ilin sonunda o, rus milyarderlərinin reytinqində 108-ci yeri tutdu Polisin məlumatına görə, bayker idarəetməni itirib və həkimlər gələnə qədər ölüb


