Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
İyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol” mövzusunda tədbir keçirilib AZƏRTAC xəbər verir ki, əvvəlcə nazirliyin inzibati binasında Ümummi

İyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol” mövzusunda tədbir keçirilib AZƏRTAC xəbər verir ki, əvvəlcə nazirliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinə toxunaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi müstəqillik yolunda ciddi dönüş yaratdı. Nazir qeyd edib ki, dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşırdı: “O, respublikamız üçün aktual olan ekoloji problemlərin həll edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev təbii sərvətlərin qorunmasına, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılmasına xüsusi önəm verirdi. Ulu Öndər Heydər Əliyevin iradəsi ilə ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühüm 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin ci illərdə ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Ümummilli Lider müstəqillik dövründə Azərbaycanda flora və faunanın, təbiət abidələrinin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyənləşdirib” Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Milli Qurtuluş Gününün müasir dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib: “Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilası, müstəqilliyimizin dönməzliyinin, şərəfli Zəfər yolumuzun başlanğıcı kimi tarixə düşən bu gün xalq-lider birliyinin təntənəsini əks etdirməklə həyatımızda yeni bir dövrün əsasını qoyub. Hər birimizə məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan olduqca mürəkkəb və təhlükəli vəziyyətlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində xaos hökm sürür, ölkədə vətəndaş qarşıdurması, parçalanma meyilləri güclənir və bütün bu proseslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, beynəlxalq münasibətlər sistemində hökm sürən böhran, günü-gündən dərinləşən iqtisadi tənəzzül fonunda baş verirdi. Belə bir ağır dönəmdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü” Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçi - hüquqşünası Azad Əliyev isə çıxışında bildirib ki, xalqa və dövlətə xidmət Ulu Öndərin qurucusu olduğu, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi zərurətə çevrilib. Bununla əlaqədar ideoloji işin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi Nərmin İsgəndərli qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində Yeni Azərbaycan Partiyasının üzvü olan nazirlik əməkdaşları aktiv iştirak edirlər Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


