Tenqri
Ana Səhifə
Dünya

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Münsterdə fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Düsseldorfda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Səmaların sədası” ad

0 baxışazertag.az
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
Paylaş:

Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Münsterdə fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Düsseldorfda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Səmaların sədası” adlı tədbir təşkil olunub Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə bu mühüm tarixi dövrdən bəhs edən videoçarx nümayiş etdirilib Sonra Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu bildirərək qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində dövlətimiz daha da qüdrətlənib və torpaqlarımız işğaldan azad olunub. Biz bu gün qalib xalqıq və xaricdəki soydaşlarımız güclü Azərbaycanla fəxr edir Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və xaricdəki icma üzvlərinin müasir tariximizlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaları barədə danışıb Tədbirin musiqili hissəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramında solistlər və “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən uşaq xorunun üzvləri çıxış ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler