Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH
Milli Qurtuluş Günü - 15 İyun 1993-cü il tarixi Azərbaycan üçün yalnız bir siyasi hadisə deyil, həm də dövlətçilik tarixində dönüş nöqtəsi, milli iradənin təntənəsi və müasir inkişaf yolunun başlanğıcı kimi qəbul olunur. Ölkədə hökm sürən xaos, parçalanma və vətəndaş müharibəsi təhlükəsi Heydər Əliy

Milli Qurtuluş Günü - 15 İyun 1993-cü il tarixi Azərbaycan üçün yalnız bir siyasi hadisə deyil, həm də dövlətçilik tarixində dönüş nöqtəsi, milli iradənin təntənəsi və müasir inkişaf yolunun başlanğıcı kimi qəbul olunur. Ölkədə hökm sürən xaos, parçalanma və vətəndaş müharibəsi təhlükəsi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı, dövlət idarəçiliyində möhkəm nizam yaradıldı və xalqın gələcək taleyini müəyyən edən yeni siyasi kurs formalaşdı Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib Politoloqun sözlərinə görə, bu günün mahiyyəti ondan ibarət idi ki, Azərbaycan xalqı öz liderinə güvənərək dövlətçiliyin dağılmasına imkan vermədi, milli həmrəylik və siyasi sabitlik bərpa olundu: “Heydər Əliyevin qətiyyətli addımları nəticəsində ölkə yalnız daxili böhrandan xilas olmadı, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Bu sabitlik sonrakı illərdə hüquqi dövlət quruculuğunun, demokratik institutların formalaşmasının və iqtisadi islahatların həyata keçirilməsinin əsasını qoydu. Bundan sonra qəbul edilən strateji qərarlar, xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətini müəyyənləşdirdi və ölkəyə milyardlarla dollar həcmində xarici sərmayə axınına səbəb oldu. Bu, iqtisadi müstəqilliyin güclənməsinə, infrastrukturun yenilənməsinə və yeni iş yerlərinin açılmasına gətirib çıxardı. Azərbaycanın iqtisadi dirçəlişi, neft strategiyası ilə qlobal enerji bazarına çıxışı və beynəlxalq əməkdaşlıqların genişlənməsi məhz həmin dövrün siyasi iradəsinin nəticəsi idi" Politoloq qeyd edib ki, son 30 ildə əldə olunan uğurlar, Qarabağın azad olunması, iqtisadi modernləşmə, beynəlxalq nüfuzun artması birbaşa Milli Qurtuluşun qoyduğu təməllə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs daha da gücləndirilib, Azərbaycanın müasir inkişaf modeli formalaşdırılıb Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində Milli Qurtuluşun təsirinin danılmaz olduğunu deyən A.Tağıyev əlavə edib ki, Heydər Əliyevin balanslı xarici siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanındı, beynəlxalq təşkilatlarda mövqelərini gücləndirdi və regional güc mərkəzinə çevrildi: “Diplomatik əlaqələrin genişlənməsi, ordu quruculuğunda əldə edilən nailiyyətlər və milli maraqların qorunması ölkənin qlobal miqyasda nüfuzunu artırdı. Milli Qurtuluş Gününün ideyaları müasir dövrdə sabitlik, inkişaf və milli həmrəylik prinsiplərində davam etdirilir. Dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli ideologiyanın gücləndirilməsi və müstəqil siyasətin davam etdirilməsi həmin ideyaların müasir formasıdır. Bu günün mahiyyəti yalnız tarixi bir hadisə kimi deyil, həm də müasir Azərbaycanın siyasi və ideoloji dayağı kimi yaşamaqdadır” "Əgər Ulu Öndər Heydər Əliyev həmin dövrdə hakimiyyətə qayıtmasaydı, bugünkü Azərbaycan mövcud olmazdı. O qurtuluş olmasaydı, ölkənin hansı zərbələrə məruz qalacağı, necə parçalanacağı bəlli deyildi. Çətinliklərin içində hakimiyyətə gələrək müstəqil dövləti qurmaq, onu inkişaf etdirmək hər liderin işi deyildi. Heydər Əliyev bu missiyanı yerinə yetirdi və Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyev həmin əmanət siyasətin uğurlu davamçısıdır. O, Heydər Əliyevin qoyduğu təməlləri daha da gücləndirərək, Azərbaycanın müasir inkişaf modelini formalaşdırıb, ölkəni yeni zirvələrə yüksəldib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız iqtisadi və siyasi sahədə deyil, həm də hərbi güc baxımından möhkəmlənib, Qarabağın azad olunması ilə tarixi ədaləti bərpa edib. Bu qələbə xalqın dəstəyi ilə bu birliyin gücünün, milli iradənin və Ali Baş Komandanın müdrik rəhbərliyinin parlaq nəticəsi oldu", - deyə politoloq vurğulayıb Qeyd edilib ki, Milli Qurtuluş Günü yalnız tarixi bir hadisə deyil, həm də müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır. Onun ideyaları bu gün də yaşayır, gələcək nəsillərə yol göstərir və müstəqil dövlətimizin inkişaf xəttini müəyyənləşdirir: "Beləliklə, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində qurtuluş, dirçəliş və yüksəlişin simvoludur. Bu günün mahiyyəti ondan ibarətdir ki, xalqın iradəsi ilə seçilmiş liderin qətiyyəti müstəqilliyi qorudu, dövlətçiliyi möhkəmləndirdi və gələcək nəsillərə güclü Azərbaycan miras qoydu. Bu miras bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizi daha parlaq sabahlara aparır" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


