Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında rayon icra strukturlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailə üzvləri və qazilər, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndəl

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında rayon icra strukturlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailə üzvləri və qazilər, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konfransla davam edən tədbirdən öncə Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olan, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb, Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırıb Çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş tarixi olduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynadığını vurğulayıb Digər çıxış edənlər Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətini vurğulayaraq, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəslə ötürülməsini və azərbaycançılıq ideologiyasının yaşadılmasını hər bir vətəndaşın Vətən qarşısındakı mənəvi borcu və müqəddəs vəzifəsi olduğunu bildiriblər Sonda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub və bir qrup partiya fəalına YAP Qəbələ Rayon Təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


