Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra üzləşdiyi

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra üzləşdiyi bütün çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Qurtuluşun mübarək, Azərbaycan!” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib Konfransı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salıb, 1993-cü ilin iyun hadisələri barədə danışıb. Qeyd olunub ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. Məhz Ulu Öndər Heydər Əliyevin müdriklliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulub, siyasi sabitlik bərqərar olunub, ölkəmiz xaos, böhran və siyasi çəkişmələrdən azad olub Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanıb, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkənin iqtisadi qüdrəti daha da artıb, torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz bərpa edilib, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


