Tenqri
Ana Səhifə
Dünya

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biri kimi qeyd olunur. Bu tarix təkcə bir siyasi dəyişiklik deyil, eyni zamanda, ölkənin parçalanma və dərin böhran təhlükəsindən çıxaraq sabitlik, inkişaf və güclü dövlətçilik yoluna qədəm qoymas

0 baxışazertag.az
Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH
Paylaş:

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biri kimi qeyd olunur. Bu tarix təkcə bir siyasi dəyişiklik deyil, eyni zamanda, ölkənin parçalanma və dərin böhran təhlükəsindən çıxaraq sabitlik, inkişaf və güclü dövlətçilik yoluna qədəm qoymasının başlanğıcıdır Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib O bildirib ki, xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə hökm sürən xaos, idarəetmə böhranı və vətəndaş qarşıdurması riskinin qarşısını aldı. Məhz bu qayıdış Azərbaycanın dövlət müstəqilliyinin real əsaslar üzərində möhkəmləndirilməsinə, konstitusion idarəetmə sisteminin formalaşdırılmasına və sabitliyin bərpasına imkan yaratdı "Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi əsaslarının formalaşmasında həlledici rol oynayıb. Bu mərhələdən etibarən ölkədə hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlara start verildi, iqtisadi sistemin liberallaşdırılması və bazar iqtisadiyyatına keçid sürətləndi, beynəlxalq əlaqələr genişləndi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın regional və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması və investisiya mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına ciddi təkan verdi", - deyə N. Həsənov vurğulayıb Deputat əlavə edib ki, bu gün Azərbaycan həmin strateji kursun davamı olaraq regionda sabitlik və əməkdaşlıq məkanına çevrilib. Ölkənin müstəqilliyi daha da möhkəmlənib, suverenlik prinsipləri tam təmin olunub, iqtisadi və siyasi dayanıqlılıq güclənib. Azərbaycan artıq təkcə milli inkişaf modeli ilə deyil, həm də beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə seçilən dövlətlər sırasındadır "Milli Qurtuluş ideyası bu gün də öz aktuallığını qoruyur. O, yalnız tarixi hadisə kimi deyil, həm də dövlət idarəçiliyində davamlılıq, milli həmrəylik və strateji inkişaf xəttini müəyyən edən ideoloji platforma kimi çıxış edir. Qurtuluş fəlsəfəsi Azərbaycanın müasir uğurlarının, dayanıqlı inkişafının və gələcəyə yönəlmiş siyasətinin əsas dayaqlarından biri olaraq qalır Hər il 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçiliyinə, müstəqilliyinə və inkişaf yoluna sarsılmaz inamının təntənəsi kimi geniş şəkildə qeyd olunur və ölkənin gələcək hədəflərinə doğru inamla irəlilədiyini bir daha nümayiş etdirir", - deyə o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler