Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO
Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb AZƏRTAC xəbər verir ki, mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional men

Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb AZƏRTAC xəbər verir ki, mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar Mərasim zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Müqavilənin Milli Olimpiya Komitəsi ilə “Visa” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi bildirilir Çingiz Hüseynzadə MOK ilə “Visa” şirkətinin 2023-cü ildən əməkdaşlıq etdiyini söyləyib. O, ölkə idmanının ildən-ilə inkişaf etdiyini vurğulayıb: “Bunun nəticəsi olaraq minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Bratislava şəhərində təşkil edilən Avropa çempionatında birinci oldu. Həmçinin qadınlardan ibarət 3x3 basketbol millimiz dünyada dördüncü oldu. Ümid edirəm ki, “Visa” ilə əməkdaşlıq “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına kimi davam edəcək” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


