Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb
Day.Az xəbər verir ki, Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar sessiyasının iclasının gündəliyi məlum olub Məlumata görə, iclasda aşağıdakı 8 məsələ müzakirə olunacaq: 1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respu

Day.Az xəbər verir ki, Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar sessiyasının iclasının gündəliyi məlum olub Məlumata görə, iclasda aşağıdakı 8 məsələ müzakirə olunacaq: 1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi (üçüncü oxunuş); 2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi; 3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası haqqında Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi (birinci oxunuş); 5. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi (birinci oxunuş); 6. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi (ikinci oxunuş); 7. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi (ikinci oxunuş); 8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi (ikinci oxunuş) Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


