Tenqri
Ana Səhifə
Siyasət

Milli Məclisin sədri Aralıq Dənizi Parlament Assambleyasının sammitində iştirak edib

Bu gün Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammiti keçirilib Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib Milli Məclisin sədri Sahibə Qafarova Sammitdə iştirak edib. Sahibə Qafarova Sammitdə çıxış

0 baxışapa.az
Milli Məclisin sədri Aralıq Dənizi Parlament Assambleyasının sammitində iştirak edib
Paylaş:

Bu gün Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammiti keçirilib Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib Milli Məclisin sədri Sahibə Qafarova Sammitdə iştirak edib. Sahibə Qafarova Sammitdə çıxışında bildirib ki, son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiq edib Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, qeyd olunub ki, ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır. Bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən Sahibə Qafarova deyib ki, bu ölkələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər. Bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər Parlamentlərimizin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assambleyası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər Eyni zamanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub

Kaynak: apa.az

Diğer Haberler

Milli Məclisin sədri Aralıq Dənizi Parlament Assambleyasının sammitində iştirak edib | Tenqri