Tenqri
Ana Səhifə
Dünya

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub. Azərbaycan parlament nümayəndə heyəti müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin baş konsulluğun i

0 baxışazertag.az
Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub
Paylaş:

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub. Azərbaycan parlament nümayəndə heyəti müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin baş konsulluğun inzibati binasında ucaldılmış büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, baş konsulluğun əməkdaşları ilə söhbət edən spiker Sahibə Qafarova baş konsulluğa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə edib Sonra baş konsulluq tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib Tədbirdə Azərbaycan dövlətçilik tarixində Müstəqillik Gününün əhəmiyyəti, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik illərində əldə olunmuş uğurlar barədə çıxışlar edilib. Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edən videoçarxlar nümayiş olunub Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler