Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib
İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mövzunun aktuallığını vurğulayıb. O, kitab

İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mövzunun aktuallığını vurğulayıb. O, kitabxana işinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə geniş ictimai müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb, tədbir iştirakçılarını fikir və təkliflərini fəal şəkildə bölüşməyə çağırıb Komitə sədri bildirib ki, XXI əsrin tələbləri fonunda informasiya resursları, texnoloji imkanlar və xidmət modelləri əhəmiyyətli dərəcədə dəyişib, yeni imkanlar yaranıb. Bununla belə, kitabxanalar cəmiyyətin maariflənməsində, biliklərin qorunub saxlanılmasında və yayılmasında mühüm rol oynamaqda davam edir, öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır Kitabxana sahəsində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edən Polad Bülbüloğlu deyib ki, kitabxana sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması bu sahədə qarşıda duran əsas vəzifələrdəndir Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi ilə Milli Məclis arasında təşkil olunan növbəti belə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dialoq və fikir mübadiləsi əsasında qurulan bu cür platformalar mövcud problemlərin müəyyənləşdirilməsi, onların həlli yollarının birgə müzakirə olunması, eləcə də həyata keçirilən işlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir Dövlətimizin başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən birinin mədəniyyət sahəsində, o cümlədən kitabxana sistemində fəaliyyətin təkmilləşdirilməsi olduğunu diqqətə çatdıran nazir bildirib ki, məqsəd kitabxanaların fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, onların idarəetmə və xidmət modelini daha səmərəli, dayanıqlı və keyfiyyətyönümlü əsaslar üzərində qurmaqdır Adil Kərimli qeyd edib ki, kitabxana sistemi milli bilik mənbələrinin formalaşdığı və qorunduğu mühüm təsisat olduğundan burada aparılacaq islahatlar ciddi araşdırma və əsaslandırılmış yanaşma tələb edir. Nazir Mədəniyyət Nazirliyi sistemindəki kitabxanaların mövcud vəziyyətindən söz açaraq, bu sahədə aparılan monitorinqlərin və təhlillərin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb Nazir bildirib ki, kitabxanalar dövlət üçün prioritet mədəniyyət təsisatlarından biridir və cəmiyyətin bilik və informasiya mədəniyyətinin formalaşmasında əvəzsiz rol oynayır Sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sahəsində nəzərdə tutulan islahatlara dair slaydlarla müşayiət olunan təqdimatla çıxış edib O, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış kitabxana sisteminin optimallaşdırılması və müasir standartlara uyğunlaşdırılması proqramının əsas istiqamətləri, tətbiq edilən beynəlxalq təcrübə və müasir idarəetmə yanaşmaları barədə məlumat verib Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər Mövzu ətrafında aparılan müzakirələrdə çıxış edənlər fikir və təkliflərini səsləndiriblər Mədəniyyət naziri Adil Kərimli müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildirib və sualları cavablandırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

