Tenqri
Ana Səhifə
Dünya

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqq

0 baxışazertag.az
Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub
Paylaş:

İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb İclasda çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu deyib. O, Milli Məclisin son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul etdiyini, təqdim edilən yeni qanun layihəsinin bu siyasətin davamı olduğunu bildirib. Komitə sədri rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi ilə bağlı bir sıra dünya ölkələrinin mövcud təcrübələrini diqqətə çatdırıb Zahid Oruc bildirib ki, layihədə 16 yaşadək uşaqların fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunur. Yeni normaya görə platforma provayderləri yoxlama mexanizmlərini, yəni bank kartı, elektron poçt, mobil nömrəəsaslı yaş doğrulama üsullarını tətbiq etməlidirlər. 16-18 yaş qrupu üçün fərqli – daha çevik, lakin nəzarətli mexanizm müəyyən olunur. Bu yaş qrupunda yeniyetmələr valideynin razılığı ilə platformalarda hesab yarada bilərlər. Fərdi məlumatların kənar şəxslərə ötürülməsi yolverilməz hesab edilir Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, informasiya-kommunikasiya texnologiyalarının dövrümüzün ən vacib tələblərindən biri olduğunu qeyd edib. O bildirib ki, ölkə başçısı İlham Əliyevin öz çıxışlarında bildirdiyi kimi, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Dövlətimiz tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə müvafiq strateji sənədlər, normativ-hüquqi aktlar, fəaliyyət planları qəbul edilir, institusional mexanizmlər formalaşdırılır Komitə sədri vurğulayıb ki, Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə təmin olunur, onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinin rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib Tədbirdə layihə ilə bağlı insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək təmsil etdikləri qurumların qanun layihəsinə dair mövqeyini, həmçinin təklif olunan dəyişikliklərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər Daha sonra məsələ ilə bağlı aparılan müzakirələrdə çıxış edənlər fikir və təkliflərini səsləndiriblər İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler