Tenqri
Ana Səhifə
Dünya

Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Milli Məclis 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb Modern.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə bu gün keçirilən iclasında çıxış edib Milli M

0 baxışmodern.az
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik ünvanlayıb
Paylaş:

Milli Məclis 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb Modern.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə bu gün keçirilən iclasında çıxış edib Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın son illərdə əldə etdiyi uğurların Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi ilə bağlı olduğunu bildirib O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi olub və ölkənin müstəqilliyinin qorunmasına, dövlətçiliyin möhkəmlənməsinə imkan yaradıb. Spikerin sözlərinə görə, Ulu Öndərin zamanın çağırışlarına cavab vermək bacarığı sayəsində Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub, beynəlxalq aləmdə mövqelərini gücləndirib və qlobal iqtisadi layihələrin mühüm iştirakçısına çevrilib Sahibə Qafarova vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyalarının məhsuludur və onun formalaşdırdığı milli dövlətçilik konsepsiyası xalqın və dövlətin uzunmüddətli maraqlarına əsaslanır. Milli Məclisin sədri bildirib ki, Ulu Öndərin azərbaycançılıq və dövlətçilik ideyaları Prezident İlham Əliyevin fəaliyyəti ilə ardıcıl şəkildə inkişaf etdirilir. “Bu gün əminliklə deyə bilərik ki, 1993-cü ildə və sonrakı dövrdə həyata keçirilən milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var. Torpaqlarımızın 30 illik işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi, Azərbaycanın güclü dövlətə çevrilməsi bu siyasi kursun uğurlu nəticələridir”, – deyə o qeyd edib Deputatlar təklifi alqışlarla dəstəkləyib

Kaynak: modern.az

Diğer Haberler