Tenqri
Ana Səhifə
Dünya

Milli Kitabxanada Seyran Səxavətin 80 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Aprelin 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə ənənəvi kitab sərgisinin təqdimatı keçirilib Kitabxanadan 525.az-a bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yazıçının yaradıcılığı haqqında danış

0 baxış525.az
Milli Kitabxanada Seyran Səxavətin 80 illiyinə həsr olunmuş kitab sərgisi açılıb
Paylaş:

Aprelin 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə ənənəvi kitab sərgisinin təqdimatı keçirilib Kitabxanadan 525.az-a bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yazıçının yaradıcılığı haqqında danışaraq onun əsərlərinin geniş oxucu auditoriyası qazandığını vurğulayıb. Qeyd edib ki, Seyran Səxavət gənclər tərəfindən də sevilən şeirlərin müəllifidir, eyni zamanda bədii publisistika və tərcümə sahəsində fəaliyyəti ilə ədəbiyyatımızda mühüm iz qoyub “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi çıxışında yazıçının çoxşaxəli fəaliyyətindən bəhs edərək onu müasir Azərbaycan ədəbiyyatının layiqli nümayəndələrindən biri kimi dəyərləndirib Tədbirin sonunda Seyran Səxavət öz şeirlərini səsləndirib Sərgidə müəllifin şeirləri, romanları, povestləri, hekayələri, pyesləri, tərcümələri, eləcə də həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində nəşrlər və dövri mətbuat materialları nümayiş olunub Sonda iştirakçılar sərgi ilə tanış olublar

Kaynak: 525.az

Diğer Haberler