Tenqri
Ana Səhifə
Dünya

Milli Kitabxana akademik Tofiq Hacıyevi yad edib

Görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub Sərgidə akademikin türkologiya sahəsindəki iri həcimli araşdırmaları, Azərbaycan

0 baxış525.az
Milli Kitabxana akademik Tofiq Hacıyevi yad edib
Paylaş:

Görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub Sərgidə akademikin türkologiya sahəsindəki iri həcimli araşdırmaları, Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlili haqqında, ana dili, nitq mədəniyyətləri, dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı sanballı dərslikləri, fundamental monoqrafiyaları, tərcümələri, elmi-publisistik məqalələrindən ibarət nəşrləri, həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyarlar, akademik Tofiq Hacıyevin dilçilik görüşləri, filoloji görüşləri və sair mövzularda elmi tədqiqat işləri nümayiş olunur Akademik Tofiq Hacıyevin elmi yaradıcılığı Azərbaycan dilçiliyi, ədəbi dil tarixi, dialektologiya, üslubiyyat və ümumtürkoloji tədqiqatların geniş spektrini əhatə edir. O, “Satira dili” (1975), “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (1977), “Sabir: qaynaqlar və sələflər” (1980), “Molla Nəsrəddinin dili və üslubu” (1983), “Azərbaycan dili tarixi” (K.Vəliyevlə birgə, 1983), “Azərbaycan ədəbi dili tarixi” (II hissə, 1987), “Azərbaycan dili” (Z.Budaqova ilə birgə, 1993), Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999), “Azərbaycan ədəbi dilinin tarixi: 2 cilddə” (2012) və digər sanballı dərsliklərin, fundamental monoqrafiyaların, dəyərli tərcümə əsərlərinin müəllifidir

Kaynak: 525.az

Diğer Haberler