Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a ekstradisiya riski səbəbindən Ermənistana səfər etməyi tövsiyə etmir
Ermənistana səfər edərkən ruslar üçüncü ölkələrdən ABŞ-a həbs olunma və ekstradisiya riskindən xəbərdar olmalıdırlar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin insan hüquqları üzrə çoxtərəfli əməkdaşlıq departamentinin direktoru Qriqori Lukyantsev həmvətənlərinə postsovet ölkəsinə səfərlərdən çəkinm

Ermənistana səfər edərkən ruslar üçüncü ölkələrdən ABŞ-a həbs olunma və ekstradisiya riskindən xəbərdar olmalıdırlar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin insan hüquqları üzrə çoxtərəfli əməkdaşlıq departamentinin direktoru Qriqori Lukyantsev həmvətənlərinə postsovet ölkəsinə səfərlərdən çəkinməyi tövsiyə edib, RİA Novosti xəbər verir Xarici İşlər Nazirliyinin açıqladığı ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının saxlanılma riskinin artması səbəbindən səfər üçün tövsiyə edilməyən ölkələrin siyahısına Ermənistan, Avropa İttifaqı ölkələri, Latın Amerikası, həmçinin Avstraliya, Kanada, İsrail və Cənubi Koreya daxildir "Bütün bunlar insanların xaricə səfərləri zamanı qarşılaşa biləcəkləri riskləri qiymətləndirərkən nəzərə alınmalıdır" dedi Lukyantsev. Diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyi ruslar üçün səyahət istiqamətlərini müəyyən etmir, sadəcə tövsiyələr verir

.jpg&w=2048&q=70)
